Ekologiya və təbii sərvətlər nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Qusar şəhərində yerli sakinlərlə yanaşı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla aprelin 28-nə nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş mayın 5-də saat 10-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 070-232-33-45, 023-323-00-14) xahiş olunur.