“Yer günü” ərəfəsində tədbirlər

51 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 22 aprel Beynəlxalq Yer Günü ilə əlaqədar tədbirlər keçirilir. Belə tədbirlərdə ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.

Nazirlik aprelin 19 və 20-də bu münasibətlə Bakı Dövlət Universitetində və Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində müəllim və tələbələrlə görüşlər keçirib.

Novator.az-ın məlumatına görə, görüşlərdə Beynəlxalq Yer Gününün tarixi, əhəmiyyəti, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, Azərbaycanın ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat, qlobal ekoloji problemlər və başqa mövzularda ətraflı məlumatlar verilib.

Eyni zamanda, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün mütərəqqi üsulların tətbiqi, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanma və enerji effektivliyinə nail olunması istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlərdə gənc nəslin iştirakının vacibliyi vurğulanıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbir akademik Həsən Əliyevin 110 illik yubileyi ərəfəsinə təsadüf etdiyindən, görüşlərdə mərhum alimin ekologiya elmi sahəsindəki xidmətlərindən də danışılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən “Yer günü” ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id