• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

X.Kazımlı: “Küçə döyüşləri olmayacaq” A.Yaqublu: “Demokratiyanın ancaq “d”si qalacaq”

  • 21 Aprel 2017
  • Posted in Şərh
76
SHARES
FacebookTwitterPinterest

Türkiyənin prezident respublikasına çevrilməsini nəzərdə tutan 16 aprel konstitusiya referendumu hakimiyyətin çətin qələbəsi ilə başa çatdı. Ali Seçki Qurumunun bəyan etdiyi ilkin nəticələrə görə, ana qanunda dəyişiklik layihəsi 51,4 faizlə dəstək qazanıb.

Referendum Ədalət və İnkişaf Partiyasının Türkiyədə hakimiyyətinin 15-ci ilinə təsadüf edib. 2001-ci il avqustun 14-də yaradılmış partiya 3 noyabr 2002-ci ilin parlament seçkisində qalib gələndən bəri hökumət başındadır.

Partiyanın qurucu lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 2014-cü il avqustun 10-da keçirilmiş ilk ümumxalq seçkisində 51,79% səslə prezident seçilib.

Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə buna qədər konstitusiyaya başqa yeniliklər də edilib. 2007 və 2010-cu illərdə keçirilmiş referendumlar nəticəsində parlament idarəçiliyi cilovlanıb. 16 aprel 2017-ci il referendumunun gətirdiyi yeniliklər isə Rəcəb Teyyub Ərdoğanın çox böyük səlahiyyətlərlə 2029-cu ilədək prezident kürsüsündə qalmasını mümkün edir.

Türkiyəni tam avtoritarlığa yuvarlandığını söyləmək mümkündürmü? Hadisələr necə cərəyan edə bilər? Hakimiyyətlə rəqiblərinin mübarizəsi kəskinləşib vətəndaş qarşıdurmasına keçə bilərmi? Novator.az bu suallarla siyasi şərhçilər Alya Yaqublu və Xalid Kazımlıya müraciət edib.

Xalid Kazımlı bildirib ki, Türkiyənin tam avtoritarizmə yuvarlandığını hələ ki, qəti şəkildə demək olmaz: “Hazırda yalnız tendensiyadan danışmaq mümkündür. Ölkənin avtoritarizmə meylləndiyi göz önündədir. Ancaq qarşı qüvvələr də çox güclüdür və prosesin dönməz şəkil almasını əngəlləyə bilərlər. Avtoritarizmə tam yuvarlanmadan o zaman danışmaq olar ki, bütün demokratik institutlar dağıdılsın, müxalif siyasi qüvvələr pərən-pərən salınsın. Bu saat Türkiyədə o cür qüvvələrin konsolidasiyası prosesi gedir.

Əslində ölkədə hazırda vətəndaş qarşıdurması var. Türkiyənin cənub-şərqində lokal vətəndaş müharibəsi də gedir. Həmin bölgədə yaşayan kürdlər arasında PKK-ya böyük dəstək verənləri görməmək mümkün deyil. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən türklər arasında isə həm siyasi, həm də dini ayrılıqlar var və bu, gündən-günə şiddətlənir. Ancaq proses özünü küçə döyüşləri səviyyəsində göstərə bilməz, olsa-olsa lokal dava-dalaşlar və gərginliklər müşayiət oluna bilər”.

Xalid Kazımlının fikrincə, 2019-cu ilin payızına nəzərdə tutulan parlament və prezident seçkilərinə qədər Ərdoğan hakimiyyəti son referendumda itirdiyi səsləri geri qaytarmaq, müxalifət isə hakim partiyaya qarşı verilən səsləri artırmaqla məşğul olacaq: “Bundan sonra Türkiyədəki seçkilərdə, özlərinin dediyi kimi, “şaibələr” artacaq, bu tip hakimiyyətlər öz dövranlarını uzatmaq üçün seçki saxtakarlıqlarına, çirkli seçki texnologiyalarına əl atmaqdan çəkinməz. Güman ki, növbəti seçkidə saxtakarlığa dair söhbətlər daha intensiv və daha açıq səciyyə daşıyacaq”.

Alya Yaqublu hesab edir ki, Türkiyədəki mövcud idarəçilik ciddi fəsadlara aparıb çıxaracaq: “Son konstitusiya dəyişikliyi hətta hakimiyyətin ən önəmli həlqələrindən olan məhkəmə sistemini də prezidentin iradəsindən asılı vəziyyətə saldığı üçün avtoritarizmə ciddi zəmin yaranıb. Nəzərə alsaq ki, Ərdoğanın dünyagörüşündə demokratiya və plüralizm, yumşaq desək, ən vacib element deyil, Türkiyədə “tək adam” idarəçiliyinin ciddi fəsadlara yol açacağı tamamilə gözləniləndir. Son referendum səsverməsində yol verilmiş ciddi qanun pozuntularını bu fəsadın ilk qaranquşu hesab eləyirəm. Ərdoğanın hakimi-mütləq olmaq ehtirası Türkiyə demokratiyasının əsas dayaqlarından sayılan ədalətli seçki sisteminə böyük zərbə vurdu”.

Alya Yaqublu da düşünür ki, Türkiyə vətəndaşları arasında parçalanma artıq var: “Kürd separatizmi son illərdə artan xətlə inkişaf edir. Bu həm də Ərdoğanın günahıdır. Referendumda dəyişikliklərin əleyhinə ən çox səs verən şəhərlərdən biri Tunceli oldusa, Diyarbəkir, Hakkari və Şırnakdan da “yox” çıxdısa, demək Ərdoğan kürd problemini yaratdığı yeni sistemdə də həll edə bilməyəcək. Dəyişikliklərə qarşı demək olar təkbaşına mübarizə aparan Cümhuriyyət Xalq Partiyası isə, təbii ki, çıxış yolu olaraq qarşıdurma variantını seçməyəcək. Bu partiyanın sədri Kamal Kılıçdaroğlunun nail ola biləcəyi ən böyük iş səsvermədəki qanun pozuntularının rəsmən etiraf və ləğv edilməsi ola bilərdi, amma təəssüf ki, nə yaxın, nə də uzaq perspektivdə bu mümkün olmayacaq. Əgər protest elektoratı getdikcə daha çox sıxılacaq qaykaların altından çıxmaq fikrinə düşməsə, 2019-cu ilə kimi Türkiyədə demokratiyanın ancaq “d”si qalacaq”.

Cəhənnəmdən keçmiş mələk (22)

  • 21 Aprel 2017

“Kütləvi çıxarış” Zaqatalaya baş çəkib

  • 21 Aprel 2017

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Bayden gözünü Putinə zilləməlidir” – “Bloomberg”

comments
Dünyanın səsiManşetŞərh

“Putin istərdi ssenari təkrarlansın, ancaq Zelenski Saakaşvili deyil”

comments
ManşetŞərh

Pulsuz maska təklifi

comments
Dünyanın səsiManşetŞərh

MDB arayışı

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

“Bayden gözünü Putinə zilləməlidir” – “Bloomberg”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Bayden gözünü Putinə zilləməlidir” – “Bloomberg”

comments
Dünyanın səsiManşetŞərh

“Putin istərdi ssenari təkrarlansın, ancaq Zelenski Saakaşvili deyil”

comments
ManşetŞərh

Pulsuz maska təklifi

comments
Dünyanın səsiManşetŞərh

MDB arayışı

comments
Dünyanın səsiManşetŞərh

Hansı ölkədə neçə saat oruc tuturlar? – “Əl-Cəzirə”

comments
ManşetŞərh

Ödənişli ziyarətə etiraz, təklif

comments
Dünyanın səsiManşetŞərh

Kasıblığa işarə

comments
ManşetŞərh

“Ölüm statistikası həyəcan təbili çalır”

comments
Dünyanın səsiManşetŞərh

Harada hansı peyvənddən istifadə olunur?

comments
ManşetŞərh

Ölümün yaşı

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada koronavirusu necə yaddan çıxarıblar? – “Der Standard”

comments
ManşetŞərh

Bəs Nobel?

comments
ManşetŞərh

Qubad İbadoğlu böhran müzakirəsi təklif edir

comments
Dünyanın səsiManşetŞərh

Rusiya nəyə hazırlaşır? – “The National İnterest”

comments
ManşetŞərh

Kreditdə bölgə payı

comments
Dünyanın səsiManşetŞərh

“Putin yenə hədələyir. Qərb hazır olmalıdır” – “Vaşinqton Post”

comments
Dünyanın səsiManşetŞərh

Putinin qoşun çəkməkdə məqsədi nədir? – “Die Welt”

comments
Şərh

Kreditlər necə paylanır?

comments
Dünyanın səsiManşetŞərh

Bakıdan sonrakı boşluq

comments
Dünyanın səsiŞərh

Rusiyada məşğulluq və maaş

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda