• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

2029-a yol: Ərdoğan 15 ildə 12 seçkini udub   

  • 19 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Ədalət və İnkişaf Partiyasının Türkiyədə yüksəlişi 15 ilə yaxınlaşır. Novator.az bildirir ki, partiya 2002-ci ildən bəri 5 parlament seçkisində, 3 bələdiyyə seçkisində, 1 prezident seçkisində, 3 referendumda (üst-üstə 12 seçkidə) qalib olub.

2001-ci il avqustun 14-də yaradılmış partiya 3 noyabr 2002-ci ilin parlament seçkisində 34,3% səslə qalib gələrək təkbaşına hökumət qurub.

22 iyul 2007-ci ilin parlament seçkisində 46,6%, 12 iyun 2011-ci ilin parlament seçkisində 49,83% səs yığan Ədalət və İnkişaf Partiyası hakim statusu saxlayıb.

7 iyun 2015-ci ilin seçkisində 40,87% səslə qalib gələn Ədalət və İnkişaf Partiyası bu dəfə parlamentdə mütləq çoxluq (50+1) qazana bilməyib. Koalisiya danışıqları uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedilib. 1 noyabr 2015-ci ilin parlament seçkisində 49,5% səs götürən Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.

Ədalət və İnkişaf Partiyası son 15 ilin yerli seçkilərində də hamını üstələyib. 28 mart 2004-cü ilin, 29 mart 2009-cu ilin, 30 mart 2014-cü ilin bələdiyyə seçkilərində bu partiya qalib gəlib.

Partiyanın qurucu lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən 2014-cü il avqustun 28-dək baş nazir olub. 28 avqust 2014-cü ildən prezidentdir. O, həmin il avqustun 10-da keçirilmiş ilk ümumxalq seçkisində 51,79% səslə prezident seçilib.

Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə konstitusiyaya yeniliklər edilib. 21 oktyabr 2007-ci ilin konstitusiyaya dəyişikliklər referendumunda 68,95% yeniliklərə “hə”, 31,05% “yox” deyib.

12 sentyabr 2010-cu ilin konstitusiya dəyişiklikləri referendumunda nəticə belə olub: “hə” – 57,87%, “yox” – 42,12%.

Parlament idarəçiliyini cilovlayan hər iki referendum hakim partiyanın təşəbbüsü ilə keçirilib.

2017-ci il aprelin 16-da isə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub. İlkin nəticələrə görə, seçicilərin 51,41%-i ana qanunda dəyişiklik təklifinin lehinə səs verib, 48,59%-i bunun əleyhinə çıxıb.

Prezident idarə üsuluna keçid hakim Ədalət və İnkişaf Partiyasının təşəbbüsüdür. Bu yenilik Rəcəb Teyyub Ərdoğanın çox böyük səlahiyyətlərlə 2029-cu ilədək prezident kürsüsündə qalmasını mümkün edir.

1954-cü ildə İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

DİN ekoloji pozuntularla bağlı hesabat açıqlayıb

  • 19 Aprel 2017
  • comments

İctimai iaşə və pərakəndə ticarətlə bağlı yeni qay...

  • 20 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda