• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sahibkarlara işıq güzəşti verildi

  • 05 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev sahibkarların tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatını sadələşdirən fərman imzalayıb. Aprelin 4-də imzalanan fərmanın ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədi daşıdığı bəyan olunub.

Novator.az-ın məlumatına görə, fərmanla “Sahibkarların tələb olunan gücü 150 kVt-a (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) qədər olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydası” təsdiq edilib (Qayda).

Sahibkarların tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə Texniki Şura yaradılıb. Şuranın sədri Energetika Nazirliyinin nümayəndəsi, üzvləri İqtisadiyyat Nazirliyinin nümayəndəsi; Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi; “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi; “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi; Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi; Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi; yerli icra hakimiyyəti orqanlarının nümayəndələridir.

Tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir.

Nazirlər Kabinetinə doqquz ay müddətində “Elektroenergetika haqqında” qanunun yeni layihəsini hazırlamaq tapşırılıb. Hökumət həmçinin 2018-2020-ci illər üzrə dövlət büdcəsi layihələrindəki dövlət investisiya proqramlarında Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın tikintisi və maliyyələşdirilməsinin nəzərdə tutulması ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir.

Dövlət başçısı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, Energetika Nazirliyinə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və digər qurumlara da fərmanın icrası yönündə tapşırıqlar verib.

Poliklinika 350 min 200 manata satıldı

  • 04 Aprel 2017
  • comments

Şəkər çuğunduru istehsalçılarına subsidiya müəyyən...

  • 05 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda