Bakı qəsəbələri 367 milyon manat güzəştli kredit alıb

193 0

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu martın 16-sı Xəzər rayonunun Mərdəkan qəsəbəsində işgüzar forum keçirib. Fondun icraçı direktoru Şirzad Abdullayev çıxışında deyib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1330-dan çox investisiya layihəsinə 367 milyon manat güzəştli kredit yönəldilib.

Rəsmi məlumata görə, işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 4 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək, 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id