Əmlak Məsələləri Dövlət Komitəsinin martın 14-də keçirdiyi hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən xəstəxana binasının yarımçıq tikilisi olub. Əmlak 70 min manata satılıb.
Növbəti hərrac martın 28-də keçiriləcək. Hərraca çıxarılan 144 əmlakdan 40-ı səhmdar cəmiyyəti, 77-si kiçik dövlət müəssisə və obyekti, 27-si nəqliyyat vasitəsidir.