• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ovçularla müzakirələr aparılıb

  • 14 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Məsuliyyətli ovçuluq – biomüxtəlifliyin keşiyində” layihəsi çərçivəsində Azərbaycanın bir neçə rayonunda yerli sakin və ovçular üçün seminarlar keçirilib.

İctimai Birlikdən Novator.az-a verilən məlumata görə, seminarlar martın 7-də İsmayıllı, martın 9-da Masallı, martın 11-də Sabirabad rayonunda təşkil edilib.

Seminarda QHT-lərə Dövlət Dəstəyi Şurası, Regional İnkişaf İctimai Birliyi, Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF Azerbaijan) nümayəndələri, eləcə də ətraf mühit üzrə müstəqil ekspertlər iştirak ediblər.

Seminarda layihənin mahiyyəti, ov mövsümü və ovçuluq haqqında qanunlar, Azərbaycan təbiəti, qanunsuz ovçuluq və tətbiq edilən cərimələr, ovçuluqda etik qaydalar haqda məlumatlar verilib, “Qırmızı kitab”a daxil olan və ov əhəmiyyətli heyvanlar barəsində təqdimatlar keçirilib və müzakirələr aparlıb.

Seminarın praktiki hissəsi ovçuların iştirakı ilə İmişli rayonu ərazisində yerləşən “Sarısu” Ovçuluq Təsərrüfatında baş tutub.

Sırf atıcılığa olan marağa görə fauna növlərimizin öldürülməsinin qarşısını almaq üçün praktiki hissə zamanı ovçulara Novxanı və Qəbələdə fəaliyyət göstərən atıcılıq mərkəzləri haqqında məlumat verilib. Onlara bu atıcılıq mərkəzlərində fauna növlərinə zərər yetirmədən də asudə vaxtlarını maraqlı keçirə biləcəkləri izah olunub. Qeyd edək ki, sözügedən atıcılıq mərkəzlərinin digər rayonlarda da açılması nəzərdə tutulur.

Ümumilikdə seminarlara 200 nəfərə yaxın ovçu və yerli sakin qoşulub.

“Məsuliyyətli ovçuluq” adlı ictimai maarifləndirmə layihəsinə 2016-cı ilin iyun ayında IDEA-nın təşəbbüsü ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Regional İnkişaf İctimai Birliyinin tərəfdaşlığı ilə başlanıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd ovçularda təbiətə qarşı məsuliyyətli davranışı təşviq etmək, ovlanması qadağan edilmiş fauna növlərinin öldürülməsi və ovçuluq fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi hallarının qarşısını almaqdır.

Layihə çərçivəsində ölkəmizin ovçuluq ənənəsi, təbiətimizin və biomüxtəlifliyin mühafizəsinin əhəmiyyəti, ətraf mühitin qorunması kimi dəyərlərin əks olunduğu və məsuliyyətli ovçuluğun təşviqinə həsr olunmuş videoçarx hazırlanıb, həmçinin ictimaiyyətin, xüsusilə də ov həvəskarlarının məlumatlandırılması məqsədilə “Ovçuluq haqqında ümumi qaydalar”, “Balıq və digər su bioresurslarından istifadə qaydaları” və “Qırmızı Kitabdan çıxarış” kimi maarifləndirici kitabçalar hazırlanaraq paylanıb.






Fikrət Qocanın oğlunun ölümü ilə əlaqədar 3 nəfər ...

  • 14 Mart 2017
  • comments

Yarımçıq tikili 70 min manata satıldı

  • 14 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda