Böyük Britaniyanın “Teleqraf” qəzeti ekoloji cəhətdən ən təmiz 10 şəhərin adını açıqlayıb. Reytinq Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında hazırlanıb.
Əsas göstəricilər üzrə birinci yeri İsveçin paytaxtı Stokholm tutur. Hesabata görə, İsveçin paytaxtı son illər uğurlu yaşıl siyasət həyata keçirir və şəhərdə atmosferə karbon qazı tullantısı 25 faiz azalıb.
İkinci yerdə Yeni Zelandiyanın paytaxtı Vellinqton dayanır.
Ekoloji cəhətdən ən təmiz 10 şəhər siyahısında Kanberra (Avstraliya), Ottava (Kanada), Edinburq (Şotlandiya), Montevideo (Uruqvay), Tallin (Estoniya), Helsinki (Finlandiya), Monako-Vill (Monako) və Madrid (İspaniya) şəhərləri də var.
AZƏRTAC qeyd edir ki, bundan əvvəl “Teleqraf” qəzeti dünyanın ən çirkli paytaxt şəhərlərinin siyahısını açıqlayıb. Həmin siyahının ilk üçlüyündə Ər-Riyad (Səudiyyə Ərəbistanı), Dehli (Hindistan) və Doha (Qətər) şəhərləri yer alır.