• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ənənələrin geyim məsələsində çaşbaşlığı

  • 09 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Tribuna

Niyazi MEHDİ
professor

Qadınları gizlətməyin məntiqi

Azərbaycan gələnəkləri ilə toqquşan nəsnələrdən biri də çağdaş geyimlərdir. İndi necə geymək məsələsində xeyli uyqarlaşmışıq, yəni sivilizasyon adamı olmuşuq. Ancaq yenə də görürsən ki, bəzi geyimlərlə bağlı adamların narazılığı bu narazılığa nədən olan gələnəklərimizin paradoksunu açır. Məsələn, hicaba səbəb, hədislərdən göründüyü kimi, qadınlara tamahın qabağını almaqdır (hərçənd başqa səbəblər də yox deyil). Bu tamah qadınları şirnikləndirici varlığa çevirir və nəticədə ata, qardaş və yaxın kişi qohumların namusunu, şərəfini qorxu altına salır. Ona görə də şəriət belə bir məntiqdən çıxış etməli oldu: qadınlara tamah salmağın qarşısını almağın ən yaxşı yolu onları gizlətməkdir. Ona görə də açıq-saçıq geyinən qadınlara pis baxılmalıdır. Beləcə, gizlətmək ideyasına ən yüksək dərəcədə cavab verən paranca, niqab, çarşab yarandı.

Qadınları gizlətməyin məntiqsizliyi

Yaxşı, bəs onda saçın gizlədilməsi kimi özünü göstərən hicab nə deməkdir? Yəni bu saç o qədər şirnikləndiricidir ki, onu gizlətmək tamahın qarşısını alır?! Mən bilirəm ki, ortaçağ poeziyasında saçın qıvırcıqları küfrlə anışırdı. Anlayıram ki, qadın gözəldirsə, uzun saç bu gözəlliyi başqa “arqumentlə” birə on qat artırır: musiqidə bir melodi etgisinin dürlü səslərdə artması kimi. Ancaq, axı, bu saçın “seksual” şiddəti üzün, gözün şiddətindən çox deyil ki, üz-göz açıq qaldığı halda saç gizlədilir? Bu sorunun qarşısında absurd deyilmi ki, türk, fransız müsəlmanlar məhz hicaba bu qədər önəm verirlər. O biri yandan başqa paradoks: 60-70 yaşında qarıda nə şirnikdirmə var ki, Bakının bəzi məhlələrində və Bakı kəndlərində onlar da çarşablanırlar?

Suallara cavab

Biz öz mədəniyyətmizi, öz gələnəklərimizi, törənlərimizi refleksiya etməliyik, yəni dönə-dönə düşünməliyik ki, düşüncəli adam anlayışına cavab verək (insan, axı, düşünən canlıdır, deməli, azərbaycanlı da mədəniyyətini düşünən varlıqdır). Mən də bu məsələlərə düşünmək üçün toxunuram. Özü də nəsə təbliğat, nəsə tənqid amacını güdmürəm (hərçənd yazımdan kimsə tənqid çıxara bilər).

Məncə, şəriətə əməl edən toplumlarda qarının parancada və ya çarşabda gəzməsinin səbəbi, nədəni “şirnikdirici qadın gizlədilməlidir!” deyil, hərçənd dedik ki, bu motivin yaşmanma mədəniyyətinin yaranmasında rolu böyük olub. Qarıların də çarşablanmasının funksiyası belə bir ideyanın, – fikir verin ideyanın və ya normanın deyirəm, – gücünü saxlamaqdır: “qadın üzüaçıq və ya başıaçıq gəzə bilməz!” Deməli, qarılar özləri də bilmədən normanı başlar üstündə saxlamaq uğrunda kəndilərini fəda edib istidə canlarına qəsd edirlər. Deməli, “hərbiçilər uniformada olmalıdır!” normasının bir oxşarı da “qadınlar çarşablı (ya hicablı) olmalıdır” deyimidir.

O gün bir toyda 10 yaşında hicablı uşaq gördüm, ortaya düşüb o biri qızlarla birlikdə qadın bədəninin işvə estetikasında oynayırdı. Bu musiqiyə, rəqsə təbii sevgi onun geyimi ilə ziddiyyətdə idi. Görəsən, ata-anasının uşaqlarını bu geyimə zorunlamasının nədəni nə idi? İnanmıram pedafildən qorxu. Güman ki, öz möminliklərini göstərmək idi. Ancaq əslində həm də “bütün qızlar, qadınlar üzüaçıq olmamalıdır” normasını unudulmamağa qoymamaq idi.

Bəs mənəviyyatda nədən belə fədakarlıq olmur?

Almaniyada gecə saat 1-də də piyada qırmızı işıq yanmırsa, yolda maşın olmasa belə, qaydanı pozub yolu keçmir. Baxın, küçə qaydaları insanın təhlükəsiziyi üçün yaranıb. Ancaq alman bu təhlükə olmayanda belə həmin qaydalara əməl edir ki, “qaydanı pozmazlar” ideyasının gücü qalsın. Bu, müsəlman qarısının fədakarlığına oxşayır, ancaq müsəlman mədəniyyətində nəsə belə fədakarlıq millətə daha çox gərəkən, səliqəli ol, dəqiq ol, tənbəl olma normaları ilə bağlı işləmir. Bizim bir nöqsanımız var: cinsi məsələlərin ayıbını mənəvi məsələlərin ayıbından o qədər yuxarı tuturuq ki, birincinin üstündə qan tökürük, ikincinin üstündə isə “neylək, oldu da” deyirik.


Professor Niyazi Mehdinin bu yazısı “Azərbaycan qadınlarının problemlərinin identifikasiyası” mövzusunda təşkil olunmuş dəyirmi masadakı çıxışı əsasında hazırlanıb.


Alimlər: Venesiya şəhərini su basa bilər

  • 09 Mart 2017
  • comments

Şotlandiya yenə müstəqillik referendumuna gedir

  • 09 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda