Mərkəzi Bank martın 7-də ABŞ dollarının və Rusiya rublunun məzənnələrini yeniləməyib: dollar 1,7548 manata, rubl 0,0301 manata təklif olunur. Amerika valyutasının qiyməti martın 3-dən, rus pulunun kursu dünəndən qüvvədədir.
Novator.az-ın məlumatına görə, avro ötən günlə müqayisədə ucuzlaşaraq 1,8604 manatdan 1,8572 manata düşüb.
Digər valyutalar (Siyahı) banklara bu qiymətə satılır:
1 gürcü larisi – 0,7112 manat
1 ingilis funt sterlinqi – 2,148 manat
1 türk lirəsi – 0,4729 manat.