• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çıxış yolu nədir?

  • 06 Mart 2017
92
SHARES
FacebookTwitterPinterest

“Azərbaycanın daxili və xarici siyasətində dəyişikliklər başlamalıdır”. Siyasi təhlilçi, Qarabağ müharibəsi veteranı İlham İsmayıl Novator.az-a müsahibəsində belə deyib.

Qarabağ münaqişəsi ilə bağlı son gərginliklər barədə sualları cavablandıran İlham İsmayıl qeyd edib ki, 1988-ci ildə az adam problemin bu qədər uzanacağını düşünərdi: “Çoxluq fikirləşirdi ki, bu gün-sabah məsələ bir tərəfə çıxar. Bu gün isə əksinə, ən nikbin şəxslər belə Qarabağ probleminin həllini yaxın gələcəkdə görmürlər. Səbəblər çox və müxtəlifdir. Burada bizim də günahımız var (daha çox bizim), nizamlanmanı üzərinə götürən vasitəçilərin, beynəlxalq güclərin də. Azərbaycanın haqlı mövqeyi beynəlxalq hüquqa söykənir və dünya rəsmiləri bunu zaman-zaman jest olaraq təkrarlayırlar, amma bu, sözdən o tərəfə keçmir, həlledici qüvvəyə malik deyil. Beynəlxalq güclər, dünya ictimaiyyəti Qarabağ məsələsində Azərbaycanın yanında dayanmır. İstisnalar isə vəziyyəti kökündən dəyişməyə yetmir”.

İlham İsmayılın fikrincə, ölkənin imici bütün göstəricilərdə çox aşağı yerlərdədir: “Bizim mənfi imicimiz Qarabağ probleminin həllində maneə yaradan faktorlardan biridir. Rusiyanın bölgədəki destruktiv siyasəti, status-kvonu saxlamaqla bölgədə təsirini qorumağa yönəlik fəaliyyəti əsas maneədir desək, yanılmarıq. ABŞ və Fransanın Rusiyanın bölgəyə təsirini tam aradan götürmək niyyətinin yaxın planlarında olmaması da Qarabağ konfliktini uzadır. Məsələnin hərbi yolla həlli isə sonucda bizim xeyrimizə olmaya bilər. Ermənistan Rusiyanın açıq, İranın gizli dəstəyini alır. Bizim isə bu gücdə hərbi və siyasi arxamız yoxdur və niyəsini daxili siyasətimizdəki əskiklərdə axtarmaq lazımdır”.

Cəbhə xəttindəki əməliyyatlara, itkilərə toxunan İlham İsmayıl qeyd edib ki, bu fonda ritorikanın kəskinləşməsi siyasi gedişlərə hesablanıb: “Ermənistan prezidenti Serj Sərkisyan Avropanın siyasi paytaxtı Brüsselə səfər etdi, indi də Moskvaya səfərə hazırlaşır. Bu, düşmənin hər iki tərəflə münasibəti saxlamaq cəhdidir. Ümumiyyətlə, Ermənistan addım-addım istəyini həyata keçirmək siyasəti yürüdür. Ordusunu strateji silahlandırır (“İskəndər” raket kompleksi buna misaldır). Prezident idarə üsulundan imtina edib parlament idarəçiliyi sisteminə keçir və bu yolla həm hakimiyyətdaxili mübarizəni səngidir, həm də Rusiyanın təzyiqini bir nəfərə – prezidentə qarşı yönəltməsinin qarşısını alır. Qondarma referendumla Dağlıq Qarabağın adının “Arsax respublikası” qoyulması da əvvəldən nəzərdə tutulan planların tərkib hissəsidir”.

İlham İsmayıl deyir ki, Madrid prinsipləri yekunda Ermənistanın xeyrinə hesablanmış həll variantıdır: “Ətraf rayonları qaytarmaqla Dağlıq Qarabağın statusunun referendum yolu ilə həll edilməsi onun müstəqilliyini bəri başdan elan etmək deməkdir. Madrid prinsiplərinə düzəlişlər edilməsi və guya “referendumun nəticələri Azərbaycanın ərazi bütövlüyünü qorumalıdır” kimi tezisin əlavə olunması isə Ermənistanı qane etmir. Faktiki olaraq hər iki tərəf Madrid prinsiplərindən imtina etmiş kimidir. Belə bir durumda Azərbaycan yalnız özünə güvənməlidir. Bunun üçün Azərbaycanın daxili və xarici siyasətində düşünülmüş, dövlətçilik naminə düzgün islahatlar və dəyişikliklər başlanmalıdır”.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini özünə birləşdirmək üçün hərbi təcavüzə başlayıb. Dağlıq Qarabağ vilayəti 1991-ci ildə özünü müstəqil dövlət elan edib. Ermənistan bu bölgəni və daha 7 rayonu işğal altında saxlayır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tutur.

Əlillərə xidmət hesabatı açıqlanıb

  • 06 Mart 2017

Təhsil Nazirliyi iki daimi şura yaradıb

  • 06 Mart 2017

Son materiallar

comments
ManşetŞərh

Gömrük yükü

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
Dünyanın səsiManşetŞərh

Putin milyonlarla insanı acından qırır – “Vaşinqton Post”

Rəylər

Do not miss

comments
ManşetŞərh

Gömrük yükü

Son materiallar

comments
ManşetŞərh

Gömrük yükü

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
Dünyanın səsiManşetŞərh

Putin milyonlarla insanı acından qırır – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Təklif və suallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
AktualManşetŞərh

Cib boşalır, büdcə dolur

comments
AktualManşetŞərh

Artımın astar üzü

comments
AktualManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
AktualManşetŞərh

Əziyyətli ölkə

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada VPN bumu. Səbəb nədir? – “Vaşinqton Post”

comments
Dünyanın səsiManşetŞərh

Moskvada 9 may boşluğu – CNN

comments
AktualManşetŞərh

Kursu necə dəyişməli?

comments
AktualManşetŞərh

Cins nisbəti: pozuntu və mübarizə

comments
AktualManşetŞərh

Yerevanı hansı qüvvə alovlandırır?

comments
AktualDünyanın səsiManşetŞərh

Putini cavab verməyə məcbur edəcək qadın – “Associated Press”

comments
AktualManşetŞərh

Xilas olmağın ilk addımı

comments
Dünyanın səsiManşetŞərh

“Wall Street Journal”: ABŞ nüvə müharibəsini udacağını göstərməlidir

comments
Dünyanın səsiManşetŞərh

Sərmayəçilər Çindən niyə qaçır? – CNN

comments
Dünyanın səsiManşetŞərh

ABŞ rəsmilərinin Kiyev səfərinin gizlinləri – “Nyu-York Tayms”

comments
Dünyanın səsiManşetŞərh

“Qərbin bəxti gətirib ki, ABŞ-ın prezidenti Baydendir”

comments
Dünyanın səsiManşetŞərh

Vahid Ələkbərovun istefası necə şərh olunur?

comments
AktualDünyanın səsiManşetŞərh

Rus imperiyasının sonu? – “Wall Street Journal”

comments
AktualManşetŞərh

İki nazirliyin bir cavabı

comments
ManşetŞərh

Demokratik Azərbaycanda…

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada senzurasız informasiya məkanı – “Nyu-York Tayms”

comments
AktualManşetŞərh

Artım iddiası, real mənzərə

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda