• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycana gəlməyi asanlaşdıran sərəncamlar imzalanıb

  • 03 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev Bakıda keçiriləcək beynəlxalq idman yarışları ilə bağlı sərəncamlar imzalayıb. Novator.az-ın məlumatına görə, martın 2-də imzaladığı sərəncamın birində dövlət başçısı Nazirlər Kabinetinə IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün tədbirlər görməyi; akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyənləşdirməyi, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiqləməyi; sistemin fəaliyyətini təmin etməyi tapşırıb.

Müəyyən edilib ki, akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər.

İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Xarici İşlər Nazirliyi İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə xarici ölkələrdəki səfirliklərin və konsulluqların internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.

Digər sərəncama əsasən, “Formula 1” yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il mayın 15-dən iyulun 15-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Bu sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: “Formula 1” yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd; Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart.

Torpağın münbit qatının korlanması və başqa pozunt...

  • 02 Mart 2017
  • comments

Subsidiyalarda yeniliklər

  • 03 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda