Dövlət Dəniz Administrasiyasında Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birgə yaradılmış qərargahın 2 mart məlumatına görə, fevralın 28-də Xəzər dənizinin Pirsaat daş silsiləsi ərazisində tapılan kişi meyitinin “Azneft” İstehsalat Birliyinin əməkdaşı –əmtəə operatoru vəzifəsində çalışmış 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu olduğu rəsmən təsdiq edilib.
Ötən il dekabrın 15-də güclü külək “Azneft” İstehsalat Birliyinin Xəzərdəki neft yığım məntəqələrinin birində estakadanı dənizə uçurub, 10 neftçi batıb. Fevralın 28-dək 3 şəxsin meyiti tapılmışdı.