Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fevral ayında 37846 nəfəri qeydiyyata alıb, bu da yanvar ayı (21545 nəfər) ilə müqayisədə 75,7 faiz çoxdur.
Rəsmi hesabata görə 1 mart 2017-ci ilə fərdi uçot sistemində qeydiyyatda olan vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 3 milyon 431 min 299 nəfərə çatıb. Onların 59,5 faizi kişidir.
Fərdi uçot sistemi sığorta-pensiya sisteminin vacib elementidir. Sistemdə uçota alınan hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açıldıqdan sonra bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir və sığortaolunana təqdim edilir. Sığortaolunan onun üçün açılmış fərdi şəxsi hesabında gələcək pensiya təminatı üçün kapitalı toplamaq imkanı əldə edir.