Ermənilərin qərargahına zərbə endirilib

3896 0

Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Novator.az-ın məlumatına görə, Müdafiə Nazirliyi bununla bağlı video yayıb. Nazirlik bəyan edir ki, videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Müdafiə Nazirliyi qoşunlarımızın bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət etdiyini vurğulayır.

***

Martın 2-də Müdafiə Nazirliyi daha bir video yayıb. Bu videoda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsinin dəqiq atəşlə məhv edildiyi əks olunur.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id