• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Böyük borclular borcunu qaytarsa, kiçik borcumuzu ödəyəcəyik”

  • 23 Fevral 2017
115
SHARES
FacebookTwitterPinterest

Beş aydan çoxdur “Azadlıq” qəzeti işıq üzü görmür. 2016-cı il avqustun 20-də qəzetin maliyyə direktoru Faiq Əmirli həbs ediləndən redaksiyanın bank əməliyyatı aparması mümkün olmayıb, “Azərbaycan” nəşriyyatına borcu artdığı üçün sentyabrın 5-də “Azadlıq”ın çapından imtina edilib.

Fevralın 23-də qəzetin redaktoru Rövşən Hacıbəyli Novator.az-ın suallarını cavablandırıb.

– Beynəlxalq Bankın Səbail filialı qəzetin maliyyə əməliyyatları aparmasına imkan verməməyi nə ilə əsaslandırır?

– Əslində absurd arqument gətirirlər, sənədlərin qaydasında olmadığını deyirlər. Bankda maliyyə direktoru Faiq Əmirlinin imzası vardı. Bu səlahiyyət ona baş redaktorun birinci müavini Rahim Hacıyevin imzası ilə verilmişdi. Onun həbsindən sonra Rahim Hacıyevin imzasının təsdiqlənməsi üçün müraciət olundu və bank bundan imtina etdi. Birinci müavinin səlahiyyətlərinin təsdiqi ilə bağlı sənəd tələb olundu. Notariusda təsdiqlənmiş sənədlər veriləndən sonra filialdan dedilər ki, bu iş bizlik deyil, baş idarə ilə həll edin. Bankın hüquqçusu ilə danışıqlarsa nəticəsiz qaldı.

Aydındır ki, heç bankın rəhbəri də problemi həll etmək gücündə deyil. Məqsəd qəzetin çapını dayandırmaq idi, bank da bu məsələdə vasitələrdən biri idi. Ola bilsin, bankla problem çözüləcəkdi, ancaq başqa nəsə ortaya çıxarıb əngəl yaradacaqdılar…

Yayımlardan gələn pullar qalıb bankda, əməkdaşların əməkhaqqı aylardır, illərdir verilmir, üstəlik, “Qasid” firmasının rəhbəri, deputat Mirkazım Kazımov da 60 min manatdan artıq pulumuzu vermir, baxmayaraq ki, pulu qaytaracağına dəfələrlə söz verib. Gün kimi aydındır, Prezident Administrasiyasına bağlı məsələlərin çözülməsinə elə oradan da göstəriş gəlməlidir, əks halda hər şey olduğu kimi qalacaq.

– Qəzet çıxmır, amma saytınız – Azadliq.info işləyir. Əməkdaşlarınızın maaş almadığı, ictimai əsaslarla çalışdığı vurğulanır. Bəs “Azərbaycan” nəşriyyatındakı ofisinizin xərcləri sarıdan nə problemlər var?

– Ofis hələ bizdədir, çox çətinliklə ötən ildən qalan borclarımızı ödəmişik, yeni ildən də kirayə xərcləri xeyli artıb. Qəzetin çıxmadığı, borcların qaytarılmadığı indiki situasiyada ofisi saxlamaq çətin olacaq. Üstəlik, 16 min manatdan artıq çap xərci borcumuz var. Sağ olsunlar, nəşriyyatda hələ hörmət edirlər, biz də, onlar da ümidliyik ki, problem həllini tapacaq, böyük borclular borcunu qaytaracaq, biz də kiçik borcumuzu ödəyəcəyik…

– “Azadlıq”ı tərk edənlər olubmu bu son 5 ayda?

– Yox, olmayıb, ancaq başqa saytlarla əməkdaşlıq edənlər var. Onlar əslində elə qəzet çıxan vaxtlarda da başqa KİV-lərlə əməkdaşlıq edirdilər. “Azadlıq”da maliyyə durumu onları buna məcbur etmişdi, hər kəs də bunu anlayışla qarşılayırdı. İndi onsuz da işsizdirlər, formada qalmaq və azdan-çoxdan qazanmaq üçün əslində başqa yol da yoxdur. Qəzet fəaliyyətə başlayan kimi, inanıram ki, onlar yenə iş başında olacaqlar.

– Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Faiq Əmirlini ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın nümayəndəsi kimi təqdim edir, dini düşmənçiliyin salınması, dini məzhəbləri yaymaq adı altında vətəndaşların hüquqlarını pozan qrup təşkil etməkdə günahlandırır. “Azadlıq”ın əməkdaşları bu iş üzrə dindirmələrə cəlb olunur. İstintaq sirrini pozmadan bu haqda nələr deyə bilərsiniz?

– Bu işin qurama olduğu əvvəldən bəlli idi. Heç qadağan olunmuş kitabı oxumağa görə adamı tutmurlar, o ki qala hakimiyyətdə təmsil olunan, həmişə hakimiyyəti dəstəkləyən tanınmış adamların redaktoru, rəyçisi olan kitabı oxumaqda səni ittiham edib tutalar. Vəkil də açıqlamalarında bildirir ki, Fətullah Gülən işi ilə bağlı heç bir araşdırma aparılmır. İstintaqa çağırılan əməkdaşlara da bu barədə heç bir sual verilməyib. Bütün suallar qəzetin və saytın maliyyə durumu, reklamlar və elanlarla bağlı olub.

– Bir müddət əvvəl mediada baş redaktorun birinci müavini, qardaşınız Rahim Hacıyevin Fransaya səfər etdiyi, amma oradan qayıtmadığı, yəni Azərbaycandan mühacirət etdiyi iddia olunub…

– Bu il yanvarın 5-də Rahimlə birgə “Azadlıq”dan bir qrup Fransaya gedənə qədər mühacirətlə bağlı heç söhbət olmayıb. Onlar gedən kimi, yanvarın 7-dən hakimiyyətin nəzarətində olan media qurumlarına sanki göstəriş verildi. Ən müxtəlif yalanlar yazdılar, guya Rahim pul dalınca göndərilib, gedib orada mühacir baş redaktorumuz Qənimət Zahidlə əlbəyaxa olub, Fransa polisi Azərbaycandan gedən qrupu Rahimlə birgə deportasiya edib… Ardınca da yazdılar ki, Rahim sığınacaq istəyib. Deportasiya hara, sığınacaq hara?

Ancaq proseslərin sonrakı gedişindən, görünür, Rahim narahat olub və hələ ölkəyə qayıtmayıb. Sığınacaq üçün müraciət edib-etmədiyindən məlumatsızam. Mənə qalsa, qayıtmağını istəyirəm, bu ölkə bizimdir, onun problemlərinin həlli vətəndaş olaraq bizdən də asılıdır. Düzdür, çox ciddi təzyiqlər altında olanların məcbur qalıb getməsinə anlayışla yanaşıram, amma bunun kütləviləşməsinin əleyhinəyəm.

“Bunun nə dərəcədə düzgün olduğunu sonrakı tədqiqa...

  • 23 Fevral 2017

Prezident: “Bilirik ki, kənardan təzyiq halları ol...

  • 24 Fevral 2017

Son materiallar

comments
ManşetŞərh

Gömrük yükü

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
Dünyanın səsiManşetŞərh

Putin milyonlarla insanı acından qırır – “Vaşinqton Post”

Rəylər

Do not miss

comments
ManşetŞərh

Gömrük yükü

Son materiallar

comments
ManşetŞərh

Gömrük yükü

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
Dünyanın səsiManşetŞərh

Putin milyonlarla insanı acından qırır – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Təklif və suallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
AktualManşetŞərh

Cib boşalır, büdcə dolur

comments
AktualManşetŞərh

Artımın astar üzü

comments
AktualManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
AktualManşetŞərh

Əziyyətli ölkə

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada VPN bumu. Səbəb nədir? – “Vaşinqton Post”

comments
Dünyanın səsiManşetŞərh

Moskvada 9 may boşluğu – CNN

comments
AktualManşetŞərh

Kursu necə dəyişməli?

comments
AktualManşetŞərh

Cins nisbəti: pozuntu və mübarizə

comments
AktualManşetŞərh

Yerevanı hansı qüvvə alovlandırır?

comments
AktualDünyanın səsiManşetŞərh

Putini cavab verməyə məcbur edəcək qadın – “Associated Press”

comments
AktualManşetŞərh

Xilas olmağın ilk addımı

comments
Dünyanın səsiManşetŞərh

“Wall Street Journal”: ABŞ nüvə müharibəsini udacağını göstərməlidir

comments
Dünyanın səsiManşetŞərh

Sərmayəçilər Çindən niyə qaçır? – CNN

comments
Dünyanın səsiManşetŞərh

ABŞ rəsmilərinin Kiyev səfərinin gizlinləri – “Nyu-York Tayms”

comments
Dünyanın səsiManşetŞərh

“Qərbin bəxti gətirib ki, ABŞ-ın prezidenti Baydendir”

comments
Dünyanın səsiManşetŞərh

Vahid Ələkbərovun istefası necə şərh olunur?

comments
AktualDünyanın səsiManşetŞərh

Rus imperiyasının sonu? – “Wall Street Journal”

comments
AktualManşetŞərh

İki nazirliyin bir cavabı

comments
ManşetŞərh

Demokratik Azərbaycanda…

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada senzurasız informasiya məkanı – “Nyu-York Tayms”

comments
AktualManşetŞərh

Artım iddiası, real mənzərə

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda