• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavat və AXCP-nin Şəkidəki qərargahları boşaldılıb

  • 09 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Müsavat və Xalq Cəbhəsi partiyalarının Şəki təşkilatlarının qərargahları boşaldılıb. Hər iki partiyanın qərargahı eyni binada yerləşib.

Müsavatın Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli Bastainfo.com-a deyib ki, fevralın 9-u səhər Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki şöbəsinin əməkdaşları qərargahların yerləşdiyi binaya gələrək, əşyaların binadan çıxarılmasını tələb ediblər: “Onları mülki qeyimli polis əməkdaşları da müşayiət edirdi. Dedilər ki, bina özəlləşib və artıq başqa şəxsə məxsusdur. Bir neçə il əvvəl də bildirilmişdi ki, bina özəlləşib. O zaman biz “Siyasi partiyalar haqqında” qanunun tələbinə uyğun olaraq Müsavatın yerli təşkilatının qərargahla təmin edilməsi üçün icra hakimiyyətinə müraciət etmişdik. Lakin bu günədək icra hakimiyyəti münasib bir yer təklif etməyib. Fevralın 9-da isə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qərargahımız əlimizdən alındı”.

Təşkilat sədri hesab edir ki, bu, son günlər Şəkidə müxalifətə qarşı aparılan repressiyanın tərkib hissəsidir: “Bu həftə AXCP-nin Şəki şöbəsinin sədri İslam Həsənov və şöbənin gənclər təşkilatının sədri Famil Həsənov heç bir əsas olmadan həbs ediliblər. Onlara 25 və 20 sutka həbs cəzaları verilib. Deyilənə görə, bu addımların səbəbi sosial şəbəkədəki səhifələrdən birində Şəkinin icra başçısı və yerli polislərin əleyhinə hansısa yazıların dərc edilməsidir. Halbuki həmin yazıların tutulan cəbhəçilərə heç bir aidiyyəti yoxdur”.

Bakıxan Qəribli hazırda Müsavat başqanının müavini Elman Fəttahın da Şəkidə olduğunu və qərargahın alınması ilə əlaqədar hüquqi prosedurlara başlayacaqlarını söyləyib.

Məsələ ilə bağlı Müsavat Partiyası bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Müsavat və AXCP-nin Şəki təşkilatlarının istifadəsində olan bina boşaldılarkən partiyalara məxsus inventar, arxiv sənədləri küçəyə atılıb. Bəyanatda bütün bunlar, eyni zamanda şəkili cəbhəçilər İslam Həsənov və Famil Həsənov qardaşlarının həbs edilməsi müxalifətə qarşı repressiyaların gücləndirilməsi kimi qiymətləndirilir.

Sərhəd Qoşunları əlavə səlahiyyətlər alır

  • 09 Fevral 2017
  • comments

Prezident: “Bütün Azərbaycan Çingizlə fəxr edir”

  • 09 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna əməkçilərin 40 faizini itirib

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda