• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ərdoğanın layihəsi keçəcəkmi?

  • 26 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Türkiyədə parlamentdən dəstək alan konstitusiya islahatı layihəsi referenduma çıxarılacaq.

Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı, müxalif Milliyyətçi Hərəkat Partiyasının da dəstəklədiyi layihə ölkənin prezident idarə üsuluna keçidini nəzərdə tutur.

Ana müxalifət – Cümhuriyyət Xalq Partiyası və Xalqların Demokratik Partiyası konstitusiya islahatının əleyhinə çıxır.

Konstitusiya dəyişikliyi layihəsi dövlət başçısının – prezidentin həm də hökumət başçısı olmasını nəzərdə tutur, Nazirlər Kabineti, baş nazirlik ləğv olunur. Prezidentin bir çox səlahiyyəti artırılır, ona partiya üzvü olmaq hüququ verilir. Parlamentin səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır.

Layihənin referendumdan keçmək ehtimalı nə qədərdir? Prezident idarə üsuluna keçid Türkiyəyə nə verə bilər?

Novator.az-ın sualını cavablandıran şərqşünas alim Aida Qəmbər hesab edir ki, Türkiyə cəmiyyəti lazımi məqamda sözünü deyəcək: “Düşünürəm ki, həlledici seçimi xalq etməlidir, edəcək də. Referendumda hər şey cəmiyyətin aktivliyindən, bəzi qüvvələrə meyllənmək cəhdindən asılıdır. Cəmiyyətin öz sözünü deməsində siyasi qüvvələrin və onları təmsil edən aparıcı siyasi partiyaların mövqeləri və sadalanmayan bir çox amilin rolu var, həm subyektiv, həm də obyektiv mənada”.

Novator.az-a danışan hüquqşünas Ələsgər Məmmədli konstitusiya islahatları layihəsinin referendumdan keçmə ehtimalının yüksək olduğunu düşünür: “Son vaxtlar xüsusilə mühafizəkar kəsim bu təklifləri dəstəkləyir. Prezident Rəcəb Teyyub Ərdoğanın qurduğu hakim partiyanın hər seçkidən qalib çıxması onu dəstəkləyən kontingentin referendumda layihəyə səs verəcəyinə işarədir.

Sonrakı proseslərdə cəmiyyətdən hansı təpkilər alınacaq, onu demək çətindir. Türkiyə cəmiyyəti demək olar ki, ikiyə bölünüb. Ərdoğana qarşı duranlar da böyük bir hissəni təşkil edir. Bu hissənin bir az da böyüməsi gündəmə yeni problemlər çıxara bilər. Ona görə Türkiyənin referendumdan sonra qəti şəkildə iki qütbə ayrılması ehtimalı yüksəkdir”.

Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Prezident isə dövlət başçısıdır.

Türkiyə prezidenti postunu Ədalət və İnkişaf Partiyasının qurucusu Rəcəb Teyyub Ərdoğan tutur. O, 2014-cü ildə ümumxalq seçkisində 5 il müddətinə prezident seçilib. Ədalət və İnkişaf Partiyası 2002-ci ildən təkbaşına hakimiyyətdədir, Rəcəb Teyyub Ərdoğan 2014-cü ilədək baş nazir olub.

“Kütləvi çıxarış”dan 10 minə yaxın şəxs faydalanıb

  • 26 Yanvar 2017
  • comments

Prokurorluq korrupsiya ilə mübarizə göstəriciləri ...

  • 26 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda