Prokurorluq korrupsiya ilə mübarizə göstəriciləri açıqlayıb
Rusiyanın prokurorluq orqanları 2016-cı ildə korrupsiya ilə bağlı 300 mindən çox qanun pozuntusu aşkarlayıb. Novator.az-ın məlumatına görə, Baş Prokurorluğun rəsmisi Aleksandr Kurennoy yanvarın 26-da belə açıqlama verib.
Aleksandr Kurennoy bildirib ki, korrupsiya işləri üzrə 44 min 800 protest, 67 min 700 təqdimat irəli sürülüb. İşlərə baxıldıqdan sonra 72 min 600 şəxs intizam məsuliyyətinə cəlb olunub, 383 nəfər etimadını itirdiyinə görə işdən çıxarılıb.
Prokurorluq rəsmisi bildirib ki, prokurorların materialları əsasında istintaq orqanları 3 min 700 cinayət işi qaldırıb.
2016-cı ildə prokurorların müdaxiləsi nəticəsində Rusiyada təqribən 50 min hüquqi normativ aktdan 57,4 min korrupsiya faktoru çıxarılıb.
Ötən il prokurorlar korrupsiya cinayətləri nəticəsində dəymiş 3,6 milyard rubl ziyanın ödənilməsi üçün məhkəmələrə iddialar təqdim edib.