• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Trampdan nə gözləmək olar?

  • 19 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Azərbaycanda ABŞ-ın yeni prezidenti Donald Trampdan nə gözləntilər var? Novator.az-ın sualını cavablandıran siyasi təhlilçi İlham İsmayıl hesab edir ki, gözləntilər varsa, ilk növbədə Azərbaycan ABŞ-a tərəf getməlidir: “Tramp şəxsiyyəti birmənalı qəbul olunmur. Seçkidən əvvəl də belə idi, indi də belədir. Dünyanın demokratik ölkələri də, avtoritar sistemlər, diktatura rejimləri də Trampın necə siyasət yürüdəcəyini xüsusi maraqla gözləyir. Əlbəttə, ənənəvi Amerika siyasətində, Amerika maraqlarının prinsipial xəttində Tramp istəsə də inqilab edən deyil, amerikalılar da buna imkan verməz. Amma fərqli siyasət yürüdüləcəyi hiss olunur. Tramp köklü siyasət adamı deyil, daha çox biznesmen kimi düşünür və bu, davamlı şəkil alsa, ABŞ-ın beynəlxalq nüfuzuna ciddi zərbə vurulacaq.

Azərbaycan rəsmiləri Obamanın prezidentliyinin başa çatmasını sevinclə qarşıladı. Tramp Azərbaycana nə qucaq açası, nə də Qarabağ problemini kökündən, bizim ərazi bütövlüyümüzü qorumaq şərti ilə həll edəsidir. Əksinə, o, ABŞ sərhədlərindən kənardakı münaqişələrə xüsusi müdaxilədən imtina olunacağını bəyan edib.

Ən əsası, Amerika prezidentinin, ABŞ-ın bizə müsbət yanaşması üçün gərək Azərbaycan Amerikaya tərəf addım atsın, yəni Qərb, Amerika dəyərlərinə hörmətlə yanaşıb insan haqlarını qorusun”.

Jurnalist Azər Rəşidoğlu Novator.az-a deyib ki, Azərbaycan Amerikanın yeni prezidenti üçün prioritet mövzu deyil: “Tramp ABŞ maraqlarına zidd addım ata, Rusiya qarşısında geri çəkilə bilməz. Bunu edərsə, prezidentlikdən daha tez gedər. ABŞ tarixində prezidentə etimadsızlıq göstərilməsi və yaxud sui-qəsd təcrübəsi də var. Bu baxımdan Tramp onun üçün cızılan dairədən kənara çıxa bilməz.

Amerikanın maraqları bu mərhələdə Trampın prezident olmasını məqbul hesab edir. Lakin inanmıram ki, o, uzun müddət Ağ evin sahibi olsun. Məncə, siyasi məsələlərlə daha çox vitse-prezident Mayk Pens məşğul olacaq və istisna deyil ki, ölkənin əsas siyasi fiquru da elə o olacaq. Bu mərhələdə Vaşinqton üçün Azərbaycan prioritet deyil və Trampın prezidentliyi Vaşinqtonla Bakının münasibətlərinə ciddi təsir göstərməyəcək”.

Novator.az-a danışan publisist Zamin Hacı ABŞ-ın yeni prezidentindən nəsə ummağı qəbuledilməz sayır: “Azərbaycanın gözləntilərinə cavabdeh deyiləm, hər halda bunu ölkə rəhbərliyi daha yaxşı bilər. Onlar isə böyük ehtimalla biznesmen, daha doğrusu, alverçi, hətta ev dəllalı da demək olar, prezidentlə daha yaxşı dil tapacaqlar. Su axar, çuxurunu tapar misalı. Nəqliyyat naziri Ziya Məmmədovun Trampın ölkəmizdəki biznes tərəfdaşı kimi tanınması çox şey deyir.

Şəxsən mənə gələndə, Trampı siyasətə təsadüfi gəlmiş, emosional, qəfil və planlaşdırılmayan hərəkətləri ilə dünyada çoxlu problem çıxartmağa qadir bir adam sayıram və ölkəmiz üçün hansısa xeyirli addım  gözləmirəm. O biri yandan ABŞ prezidentləri də ilk növbədə öz ölkəsinin başçısıdır, bunun bizə birbaşa dəxli yoxdur. Gərək Azərbaycan xalqı öz dərd-sərinə özü əlac tapmağı öyrənsin, günahı onun-bunun üstünə atmasın.

Mən ümid edirəm Tramp prezidentliyini qanunla ayrılan müddətdən daha tez başa vuracaq. Amerikalılar istəyəndə bunu edə bilirlər. Müxtəlif yollarla – həm qanuni, həm qanunsuz. İstərdim qanuni yolla getsin. Tramp təfəkkürlü birisinin dünya demokratiya mərkəzlərindən birində rəhbərliyə dırmaşması çox acınacaqlıdır”.

Ötən il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin yanvarın 6-da keçirilən iclasında təsdiqlənib.

Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Ata tərəfdən alman, ana tərəfdən şotland əsillidir.

Orta təhsilini Nyu-York Hərbi Akademiyası internat məktəbində alan Donald Tramp 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib. 1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür.

Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayır.

İşğalçı rejim Qarabağda “referendum” təyin etdi

  • 19 Yanvar 2017
  • comments

Nazirlikdə 20 Yanvar hesabatı

  • 19 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda