• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ATƏT-dəki nümayəndə Ermənistanı məcbur etməyə çağırdı

  • 13 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Vyanada ATƏT Daimi Şurasının iclası keçirilib. Azərbaycanın daimi nümayəndəsi səfir Qalib İsrafilov Avstriyanın ATƏT-də sədrliyə başlaması münasibətilə keçirilən 12 yanvar iclasında diqqəti həllini tapmayan münaqişələrə cəlb edib. O, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması haqqında qətnamələrini xatırladıb, münaqişənin məhz bu qətnamələr çərçivəsində həllinin ATƏT-ə tapşırıldığı, bu sənədlərin icrasının Minsk qrupunun həmsədrlərinin fəaliyyəti üçün əsas olduğunu vurğulayıb.

Səfir qeyd edib ki, son vaxtlar münaqişənin həlli əvəzinə onun dondurulmasına üstünlük vermək cəhdlərinin müşahidə olunması ATƏT və onun Minsk qrupu qarşısında qoyulan tapşırığa uyğun deyil: “Azərbaycanın Minsk qrupunda iştirakının məqsədi işğal edilmiş ərazilərin azad edilməsindən ibarətdir. ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində öz vasitəçilik fəaliyyətinin aktuallığını təmin etməkdə maraqlıdırsa, təcili şəkildə diqqəti ona verilmiş tapşırıqların icrasına yönəltməlidir. Minsk prosesinin 20 ildən artıq fəaliyyət təcrübəsi göstərir ki, substantiv nəticəyə istiqamətlənmiş danışıqlar olmadan gərginliyin azaldılmasını nəzərdə tutan tədbirlər problemin həllinə gətirib çıxara bilməz”.

Danışıqlar prosesinə toxunan daimi nümayəndə qeyd edib ki, ATƏT çərçivəsində münaqişə ilə bağlı hazırkı status-kvonun davamsız və dəyişdirilməli olmasına dair yekdil mövqe var: “Azərbaycan hazırkı status-kvonun dəyişdirilməsində ən maraqlı tərəfdir. Təəssüf ki, son bir neçə ay ərzində Ermənistanın səsləndirdiyi mövqe nikbinlik üçün əsas vermir və işğalçı ölkənin nəticə yönümlü danışıqların tərəfdarı olmadığı açıq-aydındır. Ermənistan sülh prosesini pozmaq və status-kvonu saxlamaq üçün aydın şəkildə müxtəlif təxribatlar törədir, gərginliyin artırılmasına yönələn hərəkətlərə yol verir və işğala əsaslanan status-kvonun möhkəmlənməsinə çalışır”.

AZƏRTAC-ın məlumatına görə, ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində törədilmiş təxribatı xatırladan Qalib İsrafilov Ermənistanın hücumunun qarşısını alarkən həlak olmuş Azərbaycan hərbçisi Çingiz Qurbanovun meyitini geri qaytarmaqdan imtinanı qeyri-insani, beynəlxalq humanitar hüquqa zidd hərəkət kimi qiymətləndirib. Səfir ATƏT və onun iştirakçı dövlətlərini Ermənistanı Azərbaycan hərbçisinin meyitini geri qaytarmağa məcbur etməyə çağırıb.

Dolların səbri tükəndi, məzənnələr dəyişdi

  • 13 Yanvar 2017
  • comments

Nazirlik bloqçudan şikayətçidir

  • 13 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

GLOBALS:0
comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

Son materiallar

comments
ManşetXəbər

Fazil Mustafaya sui-qəsd

GLOBALS:0
comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda