• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Belçikalılar islam barədə nə düşünür? (Sorğunun nəticələri)

  • 09 Yanvar 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Belçika əhlinin 60%-i islam dininin Avropa dəyərlərinə uyğun olmadığını düşünür. Novator.az-ın məlumatına görə, “Soir” qəzeti, RTBF teleradio şirkəti, “Survey&Action” institutu və “Ceci n’est pas une crise” fondunun birgə sorğusu bunu göstərir.

Sorğunun nəticələri yanvarın 9-da “Premiere” radiosunun efirində açıqlanıb. Radionun səhər proqramının aparıcısı deyib: “Acı həqiqət: tədqiqat göstərir ki, Belçikada müsəlmanlarla qeyri-müsəlmanların birgə yaşayışı alt-üst olub. Belçikalıların 60%-i hesab edir ki, cəmiyyətimiz üçün təhlükə məhz islamdır”.

Birgə sorğunun nəticələrinə istinad edən radio aparıcısının sözlərinə görə, Belçika vətəndaşı olan hər 10 müsəlman respondentdən 7-si hesab edir ki, bu ölkədə onlara əcnəbi kimi münasibət göstərilir.

“Soir” qəzetinin elektron versiyasındakı sitatda isə qeyd olunur ki, respondentlərin 29%-i onlar üçün islam qanunlarının Belçika qanunları qarşısında prioritet olduğunu bildirib. Sorğu iştirakçılarının 77%-i vətəndə özlərini əvvəlki kimi rahat hiss etmədiklərini, 65%-i isə qaçqın axınının onlarda qorxu yaratdığını vurğulayıblar. Respondentlərin 70%-i nizam-intizam yaratmaq uşun güclü hakimiyyətin olmasını arzulayıb.

“Soir” qəzetinin məlumatına görə, Belçikanın adi vətəndaşları hesab edir ki, krallıq əhalisinin 30%-ni müsəlmanlar təşkil edir. Rəsmi məlumata görə isə ölkədə müsəlmanların sayı 8,5%-i aşmır.

Sorğuya 2400 adam, o cümlədən 400 müsəlman cəlb edilib.

Dünya futbol çempionatının formatı dəyişir

  • 09 Yanvar 2017
  • comments

Korrupsiya ilə mübarizə hesabatında nələr var?

  • 10 Yanvar 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda