Azərbaycan-İran sazişində nələr var?
İqtisadiyyat Nazirliyi xəbər verir ki, prezident İlham Əliyevin İran İslam Respublikasına 23 fevral səfəri zamanı “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sah...
Qiymətləri təsdiqlənmiş dərman vasitələrinin sayı 5651-ə çatdı
Qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən yeni qiymətlərlə satılır. İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, bununla da Tarif (qiymət) Şurasında qiymətləri təsdiqlənmiş və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin sayı 5651-ə çatıb. İndiyədək qiyməti təsdiqlə...
Ermənistan hökumətinə 3 yeni nazir gəldi
Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında uzunmüddətli əməkdaşlıq razılaşması imzalanıb. Fevralın 24-ü Respublika Partiyasının sədri, prezident Serj Sərkisyanın iqamətgahında imzalanan razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu verilir. Tr...
Dollar, avro və rubl bahalaşıb
Fevralın 25-də dolların rəsmi satış kursu 1 manat 56 qəpiyi ötüb. Ötən gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5593 manat müəyyən etmişdi, indi isə rəsmi kurs 1,5624 manatdır. Transparency.az bildirir ki, avro da bahalaşıb. Fevralın 24-də 1 avro 1,7179 manata təklif olunub, bugünkü satış kursu isə...
Xarici valyutada kreditləri necə cilovlamalı?
Xarici valyutada ipoteka və istehlak kreditləri qadağan edilməlidirmi? İqtisadçı ekspert Samir Əliyev bu məsələ ilə bağlı rəy və təkliflərini yayıb. Transparency.az-ın məlumatına görə, ekspert prosesin bir neçə qonşu ölkədə başladığını, Azərbaycanda da mövzunun aktuallaşdığını vurğulayır: “Fevralın ...
Azərbaycan Rusiyaya nota verib
Kütləvi informasiya vasitələrində Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit verilməsinə dair sazişin 2016-cı il fevralın 10-da qüvvəyə minməsi barədə məlumat yayılıb. Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliy...
Dünyanın ən çox izlənən idmançısı
İspaniyanın “Real” futbol komandasının hücumçusu Kriştiano Ronaldo sosial şəbəkələrdə ən çox abunəçisi olan idmançıdır. Novator.az xəbər verir ki, Kriştiano Ronaldonu 3 sosial şəbəkədə ümumilikdə 200 milyon adam izləyir. Onun “Facebook”da 109 milyon 700 min, “İnstagram”da 49 milyon 600 min, “Twitter...
Ali Məhkəmə İntiqam Əliyevin şikayətinə baxıb
Fevralın 24-də Ali Məhkəmə hüquq müdafiəçisi İntiqam Əliyevin şikayətinə baxıb. Şikayətdə İntiqam Əliyevə bəraət hökmünün çıxarılması istənib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Xəbəri Azadliq.org yayıb. Vəkil Cavad Cavadlı bildirib ki, Ali Məhkəmənin qə...
Dollar bir ildə 98,8 faiz, avro 79 faiz bahalaşıb
Fevralın 24-də Mərkəzi Bank 2015-ci il üzrə pul siyasəti icmalını açıqlayıb. Transparency.az-ın məlumatına görə, icmalda qeyd olunur ki, 2015-ci ildə Mərkəzi Bank qlobal iqtisadiyyatda, o cümlədən dünya enerji bazarlarında və tərəfdaş ölkələrdə baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi ...
Uçan maşınlar nə vaxt satışa çıxarılacaq?
ABŞ-ın “Terrafugia” şirkəti uçan avtomobil istehsalına hazırlaşır. Novator.az-ın məlumatına görə, layihənin rəhbərləri TF-X markalı uçan avtomobilin prototipini Massaçusets Texnologiya İnstitutunda sınaqdan keçiriblər. Uçan avtomobilin 300 at gücündə mühərrikləri olan qanadları var. TF-X bu qanadlar...
Neftin qiymətində enmə var
Dünya birjalarında neftin qiyməti düşüb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,25 dollar ucuzlaşaraq 31,08 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar azalaraq 32,71 dollar olub. “AzəriLayt” markalı neftin bir barreli isə 1,88 dollar ucuzlaşa...
“Amnesty İnternational” Azərbaycana nə qiymət verdi?
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı 2015-2016-cı illər üzrə hesabat açıqlayıb. Hesabatda deyilir ki, 2015-ci ildə 98 ölkədə insanlar işgəncələrə və pis rəftarın başqa formalarına məruz qalıb, 30 ölkə qaçqınları zorla gəldikləri yerlərə qaytarıb, 18 ölkədə müharibə cinayətləri ...
Dolların rəsmi satış kursu 1 manat 56 qəpikdən aşağı düşüb
Dolların rəsmi satış kursu 1 manat 56 qəpikdən aşağı düşüb. Fevralın 24-də Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5593 manat müəyyən edib. Transparency.az bəzi başqa valyutalar üzrə məzənnələri də diqqətə çatdırır: 1 avro – 1,7179 manat 1 Rusiya rublu – 0,0204 manat 1 türk lirəsi – 0,5295 manat 1 gür...
Tehran bəyanatları
“Hər iki ölkədə çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaq”. Fevralın 23-ü Tehranda İran prezidenti Həsən Ruhani ilə birgə brifinq keçirən dövlət başçısı İlham Əliyev belə deyib. Həsən Ruhani jurnalistlər...
Jurnalist: “Atamın vəziyyəti əvvəlki kimi ağır olaraq qalır”
“Atamın vəziyyəti əvvəlki kimi ağır olaraq qalır. Dərin komada süni nəfəs aparatına qoşuludur. Onu fevralın 22-si axşam Mərkəzi Klinik Xəstəxanaya köçürmüşük. Bundan əvvəl 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilmişdi, orada da komada idi. Həkimlər Mərkəzi Kli...
Ukrayna prezidenti yeni jurnalist orqanı təsis edib
Ukraynanın dövlət başçısı Pyotr Poroşenko prezident yanında məşvərət orqanı – jurnalistlərin peşə fəaliyyətinin və azad sözün müdafiəsi məsələləri üzrə şura təsis edib. Novator.az xəbər verir ki, şura azad söz konstitusion hüququnun təmin olunması, dövlət orqanları ilə KİV və vətəndaş institut...
Azərbaycan-İran sənədləri imzalanıb
Fevralın 23-də Tehrana səfər edən dövlət başçısı İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə təkbətək görüş keçirib. Sonra geniş tərkibdə danışıqlar olub. AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüşün ardınca bu sənədlər imzalanıb: “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Höku...
Vyana yenə ən yaşamalı şəhərdir
“Mercer” konsaltinq şirkəti dünyada ən yaşamalı şəhərlərin reytinqi açıqlayıb. Novator.az xəbər verir ki, reytinq cədvəlində birinci yeri Avstriyanın paytaxtı Vyana tutur. Vyana 17-ci dəfədir ən yaşamalı şəhərlər sırasında birinci yerdə dayanır. Siyahıda sonrakı yerlərdə Sürix (İsveçrə), Oklend (Yen...
Ekspert Mərkəzi Bankın dollar-manat siyasətini yanlış sayır
“Mərkəzi Bank məhdudlaşdırma siyasətindən genişləndirmə siyasətinə keçməlidir”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov belə yazır. Ekspert Mərkəzi Bankın dollar-manat siyasətindəki son addımlarını yanlış saydığını vurğulayaraq yazır ki, qurum ilk devalvasiyadan bəri zər...
Prokuror jurnalisti döyənlərə cəza istədi
Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə prosesi davam etdirib. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevə 14 il, Camal Məmmədova...