Ölkədə xüsusi iqtisadi zona yaradılır
Martın 17-də prezident İlham Əliyev Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi “Bakı Beyn...
Həbsdə kimlər qaldı?
Problemli məhbusların işi üzrə dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu işçi qrup Əfv Məsələləri Komissiyasına 24 nəfərlik siyahı təqdim etmişdi. Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Transparency.az-a deyib ki, prezidentin 17 mart sərəncamı ilə onlardan 15 nəfər azadlı...
Siyasi məhbus sayılan şəxslərdən kimlər azadlığa çıxdı?
Martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına “siyasi məhbus” və ya “problemli məhbuslar” adlanan şəxslərdən də düşən olub. Novator.az xəbər verir ki, söhbət bu şəxslərdən gedir: Rəşadət Axundov (NİDA-çı), Rəsul Cəfərov (hüquq müdafiəçisi), Məmməd Əzizov (NİDA-çı), Rəşad Həsənov (...
Əfv sərəncamı
Martın 17-də prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. İmzalandığı gündən qüvvəyə minən sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilir: Abbasov Adil Yaqub oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının ...
Hansı ölkədə neçə partiya var?
Azərbaycanın Ədliyyə Nazirliyi 1992-ci ildən bəri 55 siyasi partiyanı dövlət qeydiyyatına alıb. Sonuncu qeydiyyat 2011-ci ilə təsadüf edir. Həmin il mayın 31-də Milli Dirçəliş Hərəkatı Partiyası qeydiyyata götürülüb. Transparency.az qonşu ölkələrin göstəricilərinə də nəzər salıb. Ermənistan Ədliyyə ...
Zarafat (Hekayə)
Rüfət Rüstəmov BDU-nun Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri, professor Çox fikirləşdikcə görürük ki, doğrudan da söz bir dəryadır. Əgər desək ki, söz fikrin baş üzvüdür, yanılmarıq. İnsanoğlunun həyatda möcüzəyə inanması və ya inanmaması onun xarakteri ilə əlaqədardır. Məl...
Gürcüstan Milli Bankına yeni prezident təyin olundu
Martın 17-də Gürcüstanın dövlət başçısı Milli Banka yeni prezident təyin edib. Novator.az xəbər verir ki, bu post Koba Qvenetadzeyə həvalə olunub. Milli Bankın əvvəlki prezidenti Georgi Kadaqidzenin səlahiyyət müddəti fevralın 25-də bitib. O, Milli Banka 7 il rəhbərlik edib. Koba Qvenetadze 2015-ci ...
Azərbaycanda saatı irəli-geri çəkmək qaydası ləğv olundu
Martın 17-də Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci ildən qüvvədə olan qərarı ləğv edib. Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda yay və qış vaxtlarına keçid məsələsini ötən həftə müzakirə etmiş, h...
Azərbaycandan çıxan malın 85,68 faizi neft və qazın payına düşür
Bu ilin yanvar və fevral aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin ilk iki ayı ilə müqayisədə 48,49 faiz azalıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında belə deyilir. Hesabata görə, 2016-cı ilin birinci iki ayı ərzində neft məhsullarının ixracı üzrə 48,...
İki ayda idxal 42,67 faiz, ixrac 47,59 faiz azalıb
Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının yanvar və fevral ayları üzrə hesabatını açıqlayıb. Transparency.az bildirir ki, rəsmi hesabata görə, xarici ticarət əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 45,51 faiz azalıb. 2015-ci ilin ilk iki ayı ilə müqayisədə idxal əməliyyatlarınd...
Rauf Mirqədirov azadlığa buraxıldı VİDEO
Martın 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun şikayətinə baxılması prosesi başa çatıb. “Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrlik etdiyi prosesdə jurnalistin cəzası 5 il sınaq müddəti tətbiq olunmaqla şərti həbslə əvəzlənib və Rauf Mirqədirov məhkəmə zalında...
Yol xəritəsi təsdiqləndi, Natiq Əmirova yeni iş tapşırıldı
Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiqləyib. Martın 16-da imzalanan sərəncamla sənədə əsaslanan inkişaf planlarını hazırlayacaq işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri prezidentin iqtisadi islahat...
Avro və rubl bahalaşıb, dollar dəyər itirib
Azərbaycan manatı martın 17-si avro və Rusiya rublu qarşısında ucuzlaşıb. Avronun rəsmi kursu 1,7966 manatdan 1,8063 manata, rublun məzənnəsi 0,0228 manatdan 0,0234 manata qalxıb. ABŞ dolları isə manata nəzərən geriləyib. Transparency.az xəbər verir ki, dolların rəsmi məzənnəsi 1,6186 manatdan 1,610...
Neft üzüyuxarı getdi
Dünya birjalarında neftin qiyməti yüksəlib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,62 dollar bahalaşaraq 38,88 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,40 dollar artaraq 40,50 dollar olub. AZƏRTAC xəbər verir ki, martın 17-də “AzəriLayt” markalı neft...
Məhv olan ömür
Dekabrın amansız soyuq küləyi onun yenicə ağarmağa başlamış saçlarını üzünə dağıdır, işini görməyə mane olurdu. “Çörək ağacı”ndan möhkəmcə yapışıb, buzun üstündəki zir-zibili ehmalca bir yerə toplayırdı. Ayağındakı ayaqqabı, nazik paltosu yeni olsa da, şaxtanın malı deyildi. Elə uzaqdan tamaşa edird...
Ekspert Dövlət Neft Fondunun büdcəsini dəyişməyə çağırır
İqtisadçı ekspert Rövşən Ağayev Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə dəyişiklik təklif edir. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənsə də, fondun büdcəsinə yenidən baxılması ləngiyir. Dövlət büdcəsində yeniliyə əsasən, icmal bü...
Ukrayna siyasətçilərinin reytinqi
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna siyasətçilərinin reytinqini açıqlayıb. Reytinq fevralın 23-dən martın 8-dək Ukraynanın 110 yaşayış məntəqəsində 2039 nəfər arasında keçirilmiş rəy sorğusuna əsaslanır. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, mart ayında prezident seçkisi ...
“İctimai fəalların şərlənərək həbs olunması taktikası dəyişir”
“Fərqli düşüncəli ictimai fəalların şərlənərək həbs olunması taktikası dəyişir. Əgər əvvəlki illərdə onlara qarşı daha çox narkotik ittihamı irəli sürülürdüsə, son zamanlar xuliqanlıq ittihamı geniş yayılır”. Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu fikirdədir. Novator.az-ın məlumatına görə, Oqtay Gülal...
Partiyaların maliyyə hesabatları
Transparency.az Mərkəzi Seçki Komissiyasına 2015-ci ilin maliyyə hesabatını vermiş siyasi partiyaların göstəricilərinə nəzər salıb. Hesabatı açıqlanan qurumlar Yeni Azərbaycan, Azərbaycan Mübarizləri, Təkamül, Kommunist, Ədalət, Vahid Kommunist, Müstəqil Azərbaycan, Bütöv Azərbaycan Xalq Cəbhəsi par...
SSRİ-nin saxlanması haqda referendum indi keçirilsəydi…
SSRİ-nin saxlanması haqda referendum indi keçirilsəydi, rusiyalıların 64%-i o dövlətin qalmasına səs verərdi. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğunun nəticələri belə göstərir. Novator.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sorğunu bu il martın 5-6-da Rusiya ...