Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi dərc edilib. Novator.az bildirir ki, sənəd prezidentin 6 dekabr fərmanı ilə təsdiqlənib. Həmin fərmanla milli iqtisadiyyat perspektivi üzrə yol xəritəsinin və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət Prezident Administrasiyasına tapşırılıb. Nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Milli iqtisadiyyat perspektivi üzrə yol xəritəsi; maliyyə xidmətlərinin inkişafına dair sənəd; ixtisaslaşmış turizm sənayesinin inkişafına dair yol xəritəsi; kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair yol xəritəsi; ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi; kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi daha əvvəl açıqlanıb.
Strateji yol xəritələrini prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi işçi qrupu hazırlayıb.