• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabiq nazir siyasətə atıldı

  • 20 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan siyasi fəaliyyətlə məşğul olacağını bəyan edib. Novator.az-ın məlumatına görə, Seyran Ohanyan dekabrın 20-də yenicə yaratdığı “Facebook” səhifəsində belə bir bəyanat yayıb: “Dövlətin və ordunun qurucularından olaraq, son 17 ildə Dağlıq Qarabağın və Ermənistanın müdafiə qurumlarına rəhbərlik etmiş şəxs kimi ölkədəki hərbi-siyasi durumu kənardan seyr edə bilmərəm. Mən nazir postundan sakitcə aralandım və yeni vəzifələr təklifindən imtina etdim. Çünki bilik və bacarığımı, təcrübəmi ölkənin daxili siyasi həyatında dəyişikliklərə yönəltmək qərarına gəlmişəm. Siyasi proseslərdə, xüsusilə seçki proseslərində fəal iştirak etmək niyyətindəyəm”.

Sabiq nazir bəzi siyasi qüvvələrlə, ictimai qurumlarla, ziyalılarla məsləhətləşmələr apardığını vurğulayıb. O deyib ki, 2017-ci ilin yazında keçiriləcək parlament seçkisində iştirak üçün tərəfdaşlar qrupu üzərində çalışır.

Seyran Ohanyan 1962-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1988-ci ilə qədər sovet ordusunun Almaniya Demokratik Respublikasındakı hissələrindən birində xidmət edib. Həmin il Zaqafqaziya Hərbi Dairəsinə keçirilib. 1992-ci ilin aprelinə qədər Xankəndidəki motoatıcı alayda xidmət edən Seyran Ohanyan sonra separatçı ordunun sıralarına qoşulub. Azərbaycan torpaqlarının işğalının və soyqırımı cinayətlərinin rəhbərlərindən biridir.

1999-cu il avqustun 2-dən Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” olub. 2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi postunu tutub. Müdafiə naziri postuna 2008-ci ildə təyinat alıb.

Bu ilin payızında yeni hökumət formalaşıb, oktyabrın 3-də müdafiə naziri postuna Vigen Sərkisyan təyin edilib.

Ağır sənaye və maşınqayırmanın inkişafına dair str...

  • 20 Dekabr 2016
  • comments

Axtarış-xilasetmə qərargahı yeni qərar qəbul edib

  • 20 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda