• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ter-Petrosyan həm sülhə çağırır, həm də hədələyir

  • 19 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi Erməni Milli Konqresinin qurultayında Qarabağ münaqişəsindən danışıb. Novator.az-ın məlumatına görə, dekabrın 17-si Yerevanda keçirilən qurultayda çıxış edən Levon Ter-Petrosyan deyib ki, Ermənistanın bütün problemlərinin çözümü Qarabağ münaqişəsinin həllindən asılıdır. O qeyd edib ki, Qarabağ münaqişəsi həll olunan kimi Ermənistan-Türkiyə münasibətləri dərhal yoluna qoyulacaq.

Levon Ter-Petrosyan münaqişənin yalnız mərhələli həllinin mümkün olduğunu vurğulayıb: “Hazırda danışıqlar masasına mərhələli həll planı qoyulub. 1997-ci ildə olduğu kimi bu variant bəzi ərazilərin Azərbaycana qaytarılması müqabilində Dağlıq Qarabağa keçid statusunun verilməsini, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Dağlıq Qarabağın yekun statusu isə gələcəyə saxlanır. Məsələ budur. Heç bir nağıla inanmayın. Hətta mən güman edirəm ki, indiki planla Dağlıq Qarabağa 1997-ci ildə təklif olunduğundan daha aşağı status verilir. İndiki dünyada cəngəlik qanunları hökm sürmür. Ona görə də münaqişələrin həllinin qarşılıqlı güzəştlərdən başqa yolu yoxdur”.

Levon Ter-Petrosyan müharibə ehtimalına toxunaraq deyib ki, bu halda Azərbaycan daha bir neçə rayon itirə bilər. O, Azərbaycan prezidenti İlham Əliyevin sərt mövqe tutmasına baxmayaraq sülhə nail olmaq üçün addımlar atmağa qadir olduğunu deyib: “Razılaşma və sülh bizə nə qədər lazımdırsa, ona da o qədər lazımdır”.

Levon Ter-Petrosyan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının əsas ideloqlarından sayılır. O, 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi). Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını onun hakimiyyəti dövründə işğal edib.

1998-ci ilin fevralında Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşdığı üçün istefa verməyə məcbur edilib. 1997-ci ilin payızında ATƏT-in Minsk qrupunun təklif etdiyi həmin plana görə, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonları Azərbaycanın nəzarətinə qaytarılmalı, Laçın məsələsi və Dağlıq Qarabağın statusuna sonra baxılmalı idi.

İtkin neftçilərin axtarışına 40-dan çox gəmi cəlb ...

  • 19 Dekabr 2016
  • comments

Həlak olan jurnalistlərlə bağlı yeni açıqlama

  • 19 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ayları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ayları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda