• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyan Xankəndidə avtomobil paylayıb

  • 12 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərini başa vurub. Səfər dekabrın 8-də başlamışdı.

Dekabrın 10-da Sərkisyan Ağdərənin Madagiz və Talış kəndləri yaxınlığındakı ön xəttə baş çəkib. Novator.az-ın məlumatına görə, Sərkisyanı Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan, Ermənistanın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, separatçı ordunun komandanları müşayiət edib.

Dekabrın 11-də Sərkisyan Xankəndinin baş meydanında keçirilən tədbirdə hərbi qulluqçulara müxtəlif mükafatlar, o cümlədən avtomobillər təqdim edib. Həmin gün Ermənistan prezidenti mədəniyyət və incəsənət adamları ilə görüş keçirib, onların suallarını cavablandırıb.

2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 24-cü dəfədir Dağlıq Qarabağa qanunsuz səfər edir. O, işğalçı müharibənin qaniçən liderlərindən biridir.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

serkisyan-1

Rubl bahalaşıb

  • 12 Dekabr 2016
  • comments

Faciə ilə gedənlər seçki ilə qayıdır

  • 12 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Pensiyaçı arayışı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ prezidenti yenə Nobel yolunda

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın valyuta ehtiyatı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Pensiyaçı arayışı

Son materiallar

comments
Xəbər

Pensiyaçı arayışı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ prezidenti yenə Nobel yolunda

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda