• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gələn ilə nə proqnoz verilir?

  • 07 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“2017-ci ildə ümumi daxili məhsulun 1 faiz, növbəti illərdə isə orta hesabla 2 faizdən çox artacağı proqnozlaşdırılır”. Dekabrın 6-sı Milli Məclisdə, 2017-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsində çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib. Nazirin sözlərinə görə, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 68 faizə çatacaq: “Gələn il hasilatın aşağı salınması nəticəsində neft sektorunun 2,1 faiz azalacağı gözlənir. Növbəti ildə fiskal konsolidasiya fonunda tədiyyə balansının cari hesabının 341,6 dollar olacağı proqnozlaşdırılır. Qaz hasilatına 2018-ci ildən başlanması isə tədiyyə balansının cari hesabının müsbət saldosunun artımına xidmət edəcək. Qeyri-neft sektorunun 2017-ci ildə 2,5 faiz, növbəti illərdə orta hesabla 2 faiz artımı proqnozlaşdırılır”.

AZƏRTAC-ın məlumatına görə, nazir diqqətə çatdırıb ki, 2017-2020-ci illərdə qeyri-neft sahəsi üzrə orta hesabla 7,4 faiz artım proqnozlaşdırılır: “Qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sektor üzrə 2017-ci ildə 4,9 faiz, növbəti 3 ildə 4,7 faiz artım gözlənir. Xidmətlər sektorunda artım 2017-ci ildə 2,2 faiz, növbəti illərdə isə 2,3 faiz proqnozlaşdırılır. 2017-2020-ci illərdə turizm sektorunun orta hesabla 7,4 faiz artacağı gözlənir. İnformasiya və rabitə sektorunda 2017-ci ildə 6,7 faiz, növbəti illərdə isə orta hesabla 5 faiz artım proqnozu var”.

2017-ci ildə nəqliyyat sektorunda 2,9 faiz, növbəti illərdə isə 4 faiz artımın gözləndiyini bildirən Şahin Mustafayev qeyd edib ki, növbəti il neft sektoruna 9,7 milyard manat, qeyri-neft sektoruna 5,6 milyard manat investisiya qoyuluşu proqnozlaşdırılır.

Novator.az xatırladır ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 49 milyard 223,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az ümumi daxili məhsul istehsal olunub. 10 ayda sənaye istehsalı 0,2 faiz azalıb, kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz artıb.

Dollar 1 manat 74 qəpiyə doğru gedir

  • 07 Dekabr 2016
  • comments

Müdafiə naziri postuna “döyüşçü rahib” gəlir

  • 07 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda