Novator.az Özbəkistanın yeni seçilmiş prezidenti Şövkət Mirziyayevin fotolarını təqdim edir.

Şövkət Mirziyayev 1957-cı il iyulun 24-də anadan olub. Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. 1981-1992-ci illərdə həmin institutda elmi işçi, komsomol təşkilatının katibi, partiya təşkilatının rəhbəri, 1-ci prorektor vəzifələrində çalışıb. Texnika elmləri namizədidir.

1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib.

Daşkəndin Mirzə-Uluqbəy rayonunun, Cizak və Səmərqənd vilayətlərinin icra hakimi olub.

2003-cı il dekabrın 12-dən baş nazir postunu tutub. 2016-cı il sentyabrın 8-dən dövlət başçısının səlahiyyətlərini icra edir. Dekabrın 4-də keçirilən prezident seçkisində 88 faizdən çox səs yığaraq qalib gəlib.

Liberal Demokrat Partiyasının üzvüdür.

Ailəlidir, iki qızı (Şahnəzə, Səidə), bir oğlu (Dövran) var.

Şövkət Mirziyayev xanımı Zirayətxan Həşimova ilə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunda tanış olub. Zirayətxan Həşimova institutda təhsil alanda Şövkət Mirziyayev bu ali təhsil ocağında komsomol təşkilatının katibi işləyib.

mirziyayev-7

mirziyayev

mirziyayev-6

mirziyayev-5

mirziyayev-8

mirziyayev-2

mirziyayev-3

mirziyayev-4

mirziyayev-ailesi

 

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id