Ekspert çətin günlər proqnozu verir
Ekspert Qubad İbadoğlu bu ilin sonuna ölkə iqtisadiyyatında ciddi çətinliklər proqnozu verib. O, bir neçə istiqamətə diqqət çəkərək yazır ki, sürətli və kompleks islahatlar başlamasa, ən çox əziyyət çəkən istehlakçılar olacaq. Novator.az-ın məlumatına görə, iqtisadçı qeyd edir ki, noyabrın 30-da OPE...
Camalə ərə gedir
“Avroviziya 2016” mahnı müsabiqəsinin ukraynalı qalibi Camalə yaxın vaxtlarda ailə quracağını açıqlayıb. Novator.az-ın məlumatına görə, Camalə noyabrın 2-də “Facebook” səhifəsində çoxdan dostluq elədiyi Bəkir Süleymanovdan evlənmək təklifi aldığını və ona “hə” dediyini yazıb. Bəkir Süleymanov...
Ermənistanın xarici ticarət göstəriciləri necə dəyişib?
2016-cı ilin yanvar-sentyabr aylarında Ermənistanın xarici ticarət dövriyyəsi 2015-in eyni dövrü ilə müqayisədə 5,7% artaraq 3 milyard 588,1 milyon dollar olub. İdxal ixracı üstələdiyi üçün xarici ticarətdə 1 milyard 1,9 milyon dollarlıq mənfi saldo yaranıb. Novator.az-ın məlumatına görə, Milli Stat...
Təhlükəsizlik Komitəsi əməkdaşı olmağa yeni şərtlər qoyuldu
Tacikistan parlamentinin aşağı palatası noyabrın 2-də milli təhlükəsizlik orqanları qanununa düzəliş edib. Novator.az-ın məlumatına görə, yeniliyə əsasən, Dövlət Milli Təhlükəsizlik Komitəsində işləmək istəyən şəxs mütləq tacik dilini bilməli və yalnız Tacikistan vətəndaşı olmalıdır. İkili vətəndaşl...
Dörd komanda məsələni həll edib
UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü tur start götürüb. B qrupunda yarışan Türkiyə təmsilçisi “Beşiktaş” noyabrın 1-i İstanbulda İtaliyanın “Napoli” komandasını qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Qrupun digər matçında “Benfika” (Portuqaliya) Lissabonda Ukrayna paytaxtı Kiyev...
Valyuta ehtiyatı barədə hesabat açıqlanıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatı və pul bazası barədə hesabat açıqlayıb. Hesabata görə, noyabrın 1-nə Mərkəzi Bankın 4 milyard 5,5 milyon ABŞ dolları həcmində valyuta ehtiyatı olub. Novator.az bildirir ki, oktyabr ayında valyuta ehtiyatı 127,2 milyon dollar azalıb. 9 ayın yekununda Mərkəzi Bankın...
Naxçıvan: ixrac artıb, idxal azalıb
Bu ilin doqquz ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 332 milyon 998 min ABŞ dolları olub. Bir il öncəyə nisbətdə ixracın həcmi 1,9 faiz artaraq 302 milyon 100 min ABŞ dolları, idxalın həcmi isə 31,6 faiz azalaraq 30 milyon 898 min ABŞ dolları təşkil edib, 271 mily...
Dollar: rəsmi qiymət rekordu təzələdi
ABŞ dollarının rəsmi kursu illik maksimumu ötüb. 2016-cı ildə dolların ən yüksək rəsmi qiyməti martın 11-də qeydə alınmışdı: 1,6456 manat. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank noyabrın 2-də məzənnəni 1,649 manata qaldırmaqla illik rekordu təzələyib. Ötən ayın 28-dən 1 dollar 1,6381 manata tək...
Müdafiə Nazirliyi cəbhədə gərginliklə bağlı xəbərdarlıq etdi
Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bəyan edib ki, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətindəki Azərbaycan bölmələrinin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. Cavab tədbirləri...
Minimum əməkhaqqı yaşayışın dalınca sürünür
İqtisadçı ekspert Rövşən Ağayev minimum əməkhaqqının və yaşayış minimumunun müəyyən edilməsi ilə bağlı hüquqi mexanizmləri dəyişməyi təklif edir. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Əmək Məcəlləsində minimum əməkhaqqını əmək qabiliyyətli əhali üçün təsdiqlənən yaşayış minimumuna bağlaya...
Silahlı Qüvvələrə Yardım Fondunun nə qədər vəsaiti var?
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 2016-cı ilin 10 ayında daxil olan vəsaitin məbləği barədə məlumat yayıb. Hesabata görə, 1 noyabr 2016-cı ilədək fonda 77,5 milyon manat, 212,3 min ABŞ dolları, 4,7 min avro və 5 min rubl yığılıb. Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılm...
Facebook-un cana xeyri varmış
Adamların Facebook şəbəkəsində keçirdiyi vaxtla onların sağlamlığı arasında əlaqə var. Novator.az xəbər verir ki, ABŞ alimləri bu qənaətə gəliblər. Kaliforniya İnstitutunun mütəxəssisləri Facebook-da 12 milyon profili analiz ediblər. Onlar əldə etdikləri məlumatları Kaliforniya Səhiyyə Departamentin...
Neft Fondu hərraclarda satdığı vəsaitin məbləğini açıqlayıb
Dövlət Neft Fondu oktyabr ayında valyuta hərraclarında 371 milyon ABŞ dolları məbləğində vəsait satıb. Hesabatı fondun ictimaiyyətlə əlaqələr şöbəsi noyabrın 1-də açıqlayıb. Oktyabrın 5-dən Mərkəzi Bank valyuta hərracında yeni qayda tətbiq edir. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki is...
Yusiflə Zəhra lider…
2016-cı ilin 10 ayı ərzində Azərbaycanda doğulmuş oğlan uşaqlarına qoyulan ən populyar ad Yusif olub. 2698 uşağa bu ad verilib. Novator.az Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya istinadla bildirir ki, digər ən populyar adlar Hüseyn (1808 uşaq), Əli (1746), Ömər (1378) və Məhəmməddir (1126)....
Tikintiyə 45 milyard manat, təhsilə 11,8 milyard manat…
Axır 10 ildə tikintiyə 45 milyard manata qədər dövlət vəsaiti xərclənib. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu belə hesablama təqdim edib. Ekspert yazır ki, 10 ildə tikintiyə yönələn vəsait təhsilə, səhiyyəyə, idarəetmə aparatının saxlanmasına, elmə, sosial müdafiə və təminata birl...
Daha küçənizə gəlməyəcəyəm… (Taleh Həmidin şeirləri)
Şair, publisist və jurnalist Taleh Həmid 64 yaşında vəfat edib. 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulan Taleh Həmid Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Ulduz” jurnalının şöbə müdiri, “Yeni fikir” qəzetinin baş redaktoru, “Müstəqil qəzet”in təsisçisi ...
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi hesabat yayıb
Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il 70 nəfəri yardımlarla təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, onların 50 nəfəri DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yönləndirdiyi insan alveri qurbanları, 20 nəfəri qeyri-hökumə...
Rauf Mirqədirov İsveçrə hökumətindən sığınacaq istəyib
Sentyabrın 16-da Avropaya gedən jurnalist Rauf Mirqədirov İsveçrə hökumətindən sığınacaq istəyib. Xəbəri noyabrın 1-də “Azadlıq” radiosu jurnalistin vəkili Fuad Ağayevə istinadla yayıb. Vəkilin sözlərinə görə, Rauf Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq fikrindədir. Novator.az ...
Qırğızıstanda konstitusiya referendumunun günü bilinir
Noyabrın 1-də Qırğızıstan parlamentinin konstitusiya qanunvericiliyi komitəsi konstitusiya referendumunun vaxtı ilə bağlı qanun layihəsini son oxunuşda qəbul edib. Novator.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, konstitusiyaya dəyişikliklər referendumu dekabrın 11-nə təyin olunur. Referendu...
Strateji Yol Xəritəsindən təzə xəbər var
Prezident İlham Əliyevin 16 mart 2016-cı il sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd müvafiq işçi qrupunun rəhbərliyi altında yekunlaşıb. AZƏRTAC-ın məlumatına görə, İqtisadi İslahatların Təhlil...