• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsi Azərbaycanı 91 min avro cərimələdi

  • 24 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 24-də Azərbaycanla bağlı iki qərar açıqlayıb. Məhkəmə Azərbaycan dövlətini üst-üstə 91 min avro cərimələyib.

Azadliq.org-un məlumatına görə, qərarlardan biri Müsavat Partiyasının fəalı Mustafa Hacıbəylinin şikayəti ilə bağlıdır. Qərarda göstərilir ki, Hacıbəylini 2011-ci ilin aprelində Bakıda etiraz aksiyasına qatılmaq istəyərkən polis saxlayıb. Onun Nəsimi Rayon Polis İdarəsinin bölmələrindən birinə aparılıb döyüldüyü, qeyri-insani rəftara məruz qaldığı qeyd edilir. Qərara əsasən, Hacıbəyli yerli hüquq mühafizə qurumlarına bununla bağlı müraciət edib, ancaq onun şikayətinə nə polis və prokurorluqda, nə də məhkəmələrdə ədalətli baxılıb.

AİHM Hacıbəyliyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat verilən qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozulduğu qənaətinə gəlib. Qərara əsasən, Azərbaycan dövləti jurnalistə mənəvi zərərə və hüquq məsrəflərinə görə 13 min avro ödəməlidir.

Digər qərar Azərbaycan Xalq Cəbhəsi Partiyasının 6 üzvünün şikayəti ilə bağlıdır. Şikayətçilər İlham Hüseyn, Bəhruz Həsənov, Türkel Əlisoy, Ağaverdi Rushanov, Təzəxan Mirələmli və Tofiq Dadaşov 2011-2014-cü illərdə müxalif etiraz aksiyalarında saxlanıblar. Yerli məhkəmələr onlara inzibati həbs cəzaları verib. Şikayətçilər həbs edilmələrinin qanunsuz olduğunu yerli məhkəmələrə çıxarıblar. Ancaq məhkəmələr onların heç birinin şikayətini təmin etməyib.

AİHM şikayətçilərin birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarının pozuntusuna yol verildiyi qənaətinə gəlib. Qərara görə, hökumət ərizəçilərin hər birinə 12 min avro ödəməlidir. Hüquq xidmətlərinə görə isə birlikdə 6 min avro təzminat kəsilib.

Şikayətçiləri AİHM-də Ruslan Mustafazadə və Əsabəli Mustafayev təmsil edib.

Dövlət katibi postuna namizədin bioqrafiyası

  • 24 Noyabr 2016
  • comments

50-yə yaxın sahibkar güzəştli kredit aldı

  • 24 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna əməkçilərin 40 faizini itirib

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda