Qazaxıstan Milli Bankı ölkənin müstəqilliyinin 25 illiyi münasibətilə 10000 təngəlik əsginazın təqdimatını keçirib. Üzərində prezident Nursultan Nazarbayevin portreti əks edilən əsginaz dekabrın 1-də dövriyyəyə buraxılacaq.
Qazaxıstan 1991-ci il dekabrın 16-da müstəqil dövlət elan olunub.
Novator.az bildirir ki, Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Almatı vilayətində doğulub. Karaqanda Dövlət Sənaye Universitetini bitirib. Uzun illər metallurgiya sahəsində, komsomol və partiya orqanlarında çalışıb.
1979-cu ildən ali dövlət vəzifələri tutur. Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Nazirlər Sovetinin sədri olub.
1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1990-cı ildən eyni zamanda Qazaxıstan SSR Ali Sovetinin sədri postunu tutub. 1990-cı ildən prezidentdir.