• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xaricdə təhsil: proqram bitib, suallar qalır

  • 08 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı Qubad İbadoğlu 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının uğursuz olduğunu düşünür. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, proqram bitsə də, onun nəticələri və təsirləri indiyə qədər müzakirəyə çıxarılmayıb: “İslahat bəyanatlarının çoxaldığı indiki şəraitdə həmin məzunların idarəçilikdə dəyərləndirilməsi məqsədəuyğundur, amma proqram barədə yüksək səviyyəli müzakirələr aparılmır. Hətta təhsil naziri Nazirlər Kabinetinin 2015-ci ilin və 2016-cı ilin doqquz ayının yekunlarına həsr olunan iclaslarında da bu proqramın icra vəziyyəti və nəticələri barədə danışmayıb. Niyə proqramın yekunları, nəticələri və təsirləri barədə hesabat verilmir? Niyə onu davam etdirmək təşəbbüsləri yoxdur? Niyə proqram iştirakçıları, məzun olanlar və onların hazırkı statusu ilə bağlı məlumatlar açıqlanmır? Dövlət vəsaiti ilə oxuyan tələbələrə dair məlumatlar hansı qanun əsasında gizli saxlanır?”

Prezident İlham Əliyevin 2007-ci il aprelin 16-da verdiyi sərəncamla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” təsdiq edilib. Həmin sərəncamla dövlət proqramının maliyyələşdirilməsi Dövlət Neft Fondu və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Dövlət Neft Fondu proqramın maliyyələşdirilməsinə bütövlükdə 177,6 milyon manat məbləğində vəsait ayırıb: “Ötən ilin sonuna fondun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 min 300 nəfərdən olub. Dövlət proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland, Rusiya, İsveçrə, Fransa, ABŞ universitetlərində təhsil alırlar.

Hazırda 1300-dən çox təqaüdçü xaricdə təhsillərini başa vuraraq məzun olub. Məzun olub Azərbaycana qayıtmayanlarla bağlı məlumat açıqlanmasa da, belələrinin sayı yüzlərlədir. Müqaviləyə əsasən, öhdəliyini yerinə yetirməyən tələbə proqramdan xaric edilir və ona çəkilən vəsait geri qaytarılır. Təhsil Nazirliyi prosesə nəzarət etsə də, nəticələr barədə açıqlama vermir.

Son məlumatlara görə, təhsilini başa vuraraq Azərbaycana qayıdan təqaüdçülərin 20 faizindən çoxu işsizdir. İşləyənlərin 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda çalışır. Göründüyü kimi, neftin insan kapitalına çevrilməsi ideyasının reallaşdırılmasına yönəldilən bu proqram da qarşıya qoyulan məqsədlərə tam nail ola bilməyib. Elə ona görə də məsul orqanlar susurlar”.

Nikah müayinəsi üzrə yeni rəqəmlər

  • 08 Noyabr 2016
  • comments

Vergilər Nazirliyi 10 aylıq hesabat verib

  • 08 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial
  • Təhsil

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda