• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gəmiçiliyin inkişafı proqramı təsdiqlənib

  • 08 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev noyabrın 7-də sərəncam imzalayaraq 2016-2020-ci illərdə gəmiçiliyin inkişafına dair dövlət proqramını təsdiq edib. Proqramın icrası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunub.

Novator.az-ın məlumatına görə, dövlət proqramının əsas məqsədi Azərbaycanda gəmiçilik sahəsinin inkişafını, rəqabət qabiliyyətli və beynəlxalq standartlara uyğun yüksək səviyyəli daşıma və neft sənayesi üçün ixtisaslaşdırılmış xidmətlər təqdim edən, kommersiya cəhətdən səmərəli fəaliyyət göstərən və gələcəkdə özünü sərbəst maliyyələşdirməklə dövlət büdcəsinə gəlir gətirən nüfuzlu gəmiçilik şirkətinin formalaşdırılmasını, Azərbaycan ərazisindən yük daşımalarının həcminin artırılmasını təmin etmək və ölkənin beynəlxalq əhəmiyyətli nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün zəruri tədbirlər görməkdir.

Proqram bu vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

– qabaqcıl beynəlxalq təcrübəyə uyğun gəmiçilik şirkətinin qurulmasının davam etdirilməsi və xidmət keyfiyyətinin daim yüksək səviyyədə saxlanılmasının təmin edilməsi;

– müasir mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiqi, əsaslı islahatların davam etdirilməsi və korporativ idarəetmənin daim təkmilləşdirilməsi;

– müştərilərlə peşəkar və etibarlı münasibətlərin qurulmasının davam etdirilməsi və dayanıqlı xidmət təqdim edən şirkət imicini yüksəltməklə Xəzər dənizində aparıcı mövqenin qorunub saxlanılması və daha da gücləndirilməsi;

– Azərbaycanda və regionda həyata keçirilən irimiqyaslı layihələri nəzərə alaraq, Asiya ilə Avropa arasında yükdaşıma həcmlərinin bir qisminin Azərbaycan üzərindən ahəngdar və fasiləsiz nəqlinin təmin edilməsi;

– Azərbaycan ərazisindən daşımaların artırılması üçün kompleks tədbirlərin yerinə yetirilməsi;

– yeni gəmilərin tikilməsi, nəqliyyat və ixtisaslaşdırılmış neft donanmalarının yenilənməsi;

– mövcud gəmilərin əsaslı təmiri və müştərilərin tələblərinə cavab verən səviyyəyə çatdırılması;

– gəmi təmiri zavodlarının əsaslı təmiri və yeni texnologiyalarla təchiz olunması;

– Xəzər regionunda düzgün marketinq işinin təşkil edilməsi, tələbatın müəyyənləşdirilməsi və ona uyğun işin təşkili;

– Xəzərdən kənar prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və ona uyğun strateji inkişaf planının hazırlanması;

– yeni Bakı Gəmiqayırma Zavodu üzrə sifarişlərin həcminin və ümumiyyətlə, Azərbaycanda gəmiqayırma sahəsində təcrübənin artırılması;

– “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus limanların inkişaf etdirilməsi və müasir tələblərə cavab verən infrastrukturun yaradılması;

– Azərbaycan bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının tərəfdar çıxdığı dəniz nəqliyyatı sahəsinə dair beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş tələblərə uyğunluğunun təmin olunması;

– kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi, kadrların həvəsləndirilməsi siyasətinin təkmilləşdirilməsi;

– dənizçi peşəsinin təbliği (Proqramın mətni).

Teleradio işçiləri təltif olunub

  • 08 Noyabr 2016
  • comments

Kamran İmanova “Şöhrət” ordeni verilib

  • 08 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda