Mərkəzi Bank oktyabrın 27-də ABŞ dollarının kursunu dəyişməz saxlayaraq 1,6291 manata təklif edir.
Avro və Rusiya rublunda isə yenilik var. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 1,7737 manatdan 1,7753 manata yüksəlib, rublun kursu 0,0262 manatdan 0,0259 manata enib (Məzənnələr).
2016-cı ildə ABŞ dollarının ən yüksək rəsmi qiyməti martın 11-nə təsadüf edib: 1,6456 manat. Sentyabrın 7-dən 9-dək dollar yenidən 1 manat 64 qəpik həddini keçərək 1,6403 manata təklif olunub. Bu yüksəlişdən sonra dollar bir az ucuzlaşıb, amma oktyabrın 19-dan Mərkəzi Bank yenidən kursu qaldırıb.