Jurnalistin qətl işi: ilk etiraf olub
Rusiyanın Sankt-Peterburq şəhərində jurnalist Dmitri Çilikinin qətlində təqsirləndirilən tələbə Sergey Kosırev günahını boynuna alıb. Novator.az-ın məlumatına görə, Sankt-Peterburqun Kalinin Şəhər Məhkəməsinin təmsilçisi belə açıqlama verib. Oktyabrın 27-də məhkəmədə jurnalistin qətl işi üzrə hazırl...
Müxalifətçi dövlətdən 11 min avro uddu
Oktyabrın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Respublikasını cərimələyib. Qərara görə, dövlət seçki hüququ ilə bağlı şikayətin ədalətli araşdırılmamasından narazı olan müxalifətçi Aydın Şükürova 11 min avro ödəməlidir. Azadliq.org xəbər verir ki, 2010-cu ilin parlament seçkisində Zəngi...
Hərbi Hava Qüvvələrinin yeni birləşmiş komanda məntəqəsi istifadəyə verilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissəyə baş çəkib. Oktyabrın 27-də yayılan rəsmi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi yeni təmir edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbar...
Hansı ölkənin pasportu güclüdür?
Dünya İqtisadi Forumu 2016-cı ilin pasport reytinqini açıqlayıb. Novator.az xəbər verir ki, reytinq xarici ölkəyə vizasız səfər meyarı əsasında tərtib olunub. Reytinqə görə, Azərbaycan vətəndaşları 62 ölkəyə vizasız daxil ola bilirlər. Bu sarıdan Gürcüstan Azərbaycandan irəlidə, Ermənistan geridədir...
General Əli Kazımov vəfat edib
İstefada olan general-mayor Əli Kazımov vəfat edib. Müdafiə Nazirliyi rəhbərliyinin yaydığı nekroloqda generalın oktyabrın 26-da vəfat etdiyi bildirilir. Əli İmran oğlu Kazımov 17 fevral 1956-cı ildə Ordubadda anadan olub. Xəzər Ali Hərbi-Dəniz Məktəbini bitirib. 1978-1989-cu illərdə Şimal Donanması...
Dünyada heyvanların sayı sürətlə azalır
Dünyada onurğalılar sinfindən olan heyvanların – məməlilərin, quşların, balıqların, suda-quruda yaşayanların və sürünənlərin sayı sürətlə azalır. Novator.az xəbər verir ki, bununla bağlı Dünya Vəhşi Təbiət Fondu məruzə hazırlayıb. Məruzə fondun London Zoologiya Cəmiyyəti ilə birgə apardığı ara...
1000 yaxşı universitet içində…
ABŞ-ın www.usnews.com elm nəşri dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. 60-a qədər ölkənin 1000 universitetinin içində Azərbaycanın heç bir ali təhsil ocağı yoxdur. Azadliq.org-un məlumatına görə, universitetlər elmi araşdırma fəaliyyətinə, qlobal və regional nüfuzuna görə seçilib...
Dollarda sabitlik
Mərkəzi Bank oktyabrın 27-də ABŞ dollarının kursunu dəyişməz saxlayaraq 1,6291 manata təklif edir. Avro və Rusiya rublunda isə yenilik var. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 1,7737 manatdan 1,7753 manata yüksəlib, rublun kursu 0,0262 manatdan 0,0259 manata enib (Məzənnələr). 201...
Ermənilərin neçə faizi Azərbaycanı düşmən sayır?
Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmaları Mərkəzi hesab edir ki, keçmiş Sovet İttifaqı məkanında ən böyük düşmənçilik Ermənistan-Azərbaycan münasibətlərində hiss olunur. Novator.az-ın məlumatına görə, İnteqrasiya Araşdırmaları Mərkəzinin yeni hesabatında qeyd olunur ki, 2016-cı ildə Erməni...
Hökumət tibb müəssisələrinin fəaliyyətində nəyi dəyişir?
Nazirlər Kabineti “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 14 mart 2016-cı il qərarında dəyişikliklər edib. Yenilik “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi barədə prezident fər...
Konstitusiya Məhkəməsi ombudsmanın sorğusu əsasında qərar çıxarıb
Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 965.2.2-ci maddəsinin ana qanunun 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunu yoxlayaraq qərar çıxarıb. Novator.az-ın məlumatına görə, qərarda qeyd olunur ki, ombudsman Konstitusiya Məhkəmə...
Cəbhə bölgəsində gərginlik yaranıb
Oktyabrın 27-də Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilir ki, oktyabrın 26-sı axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək cəbhənin cənub istiqamətində Azərbaycan mövqelərinə yaxınlaşıb təxribat törətməyə cəhd göstəriblər...