• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tərtərdə məşğulluq tədbiri

  • 27 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda özünüməşğulluq proqramında iştirak üçün müraciət edən və özünüməşğulluq üzrə təlimlərə cəlb olunmuş vətəndaşlarla görüşüb. Sentyabrın 27-də yayılan rəsmi məlumata görə, nazir deyib ki, özünüməşğulluq proqramında iştirak üçün müraciət edən vətəndaşlar təlimlərə cəlb edilir: “Təlimlərin aparılması üçün seçilmiş təlimçilərə Beynəlxalq Əmək Təşkilatının baş təlimçisi nazirliyin Göyçay rayonundakı Regional Peşə Tədrisi Mərkəzində bir həftəlik təlim kursları keçir. Artıq ayrı-ayrı rayonlar üzrə 75 nəfər bu kursları uğurla başa vurmaqla sertifikatla təmin olunub. Həmin təlimçilər onlarla bağlanmış müqavilə əsasında öz rayonlarında özünüməşğulluq proqramına qatılan vətəndaşlar üçün təlimlərə başlayıblar. Bu təlimlərə 370 nəfərə yaxın işaxtaran və işsiz vətəndaş cəlb olunub”.

Müslümov bildirib ki, təlimçilərin hazırlanması üçün kurslar davam etdirilir və ümumilikdə ölkə üzrə 142 təlimçinin hazırlanması nəzərdə tutulub: “İşaxtaran və işsiz vətəndaşlar təlimlərdə iştirak etdikdən sonra həmin insanlardan təlim prosesini başa vuraraq uğurlu biznes-plan hazırlamış və müdafiə etmiş 1500 nəfər şəxs özünüməşğulluq proqramına cəlb olunacaq”.

Nazir Tərtər rayonunda da iki qrup üzrə təlimlərə cəlb olunmuş 23 nəfər işaxtaran və işsiz şəxsin bu təlimlərdə biznesin təşkili üzrə bilik və bacarıqlara mükəmməl səviyyədə yiyələnəcəklərinə əminliyini ifadə edib: “Çünki yaxşı biznesin qurulması lazımi biliklərə, bacarıqlara malik olmağı tələb edir. Məhz bundan sonra uğurlu biznes-plana sahib ola biləcəksiniz, bu da şəxsi biznesiniz üçün müqavilə əsasında sizlərə mal və materialların verilməsini şərtləndirəcək. Onların qanunvericilikdə müəyyən edilmiş qaydada sığortalanması da təmin olunacaq. Sonrakı bir il ərzində sizin biznes fəaliyyətinizin müsbət nəticəsi artıq bu mal və materialların daimi olaraq sizlərin şəxsi mülkiyyətinizə verilməsinə imkan yaradacaq”.

Dollar və rublda sabitlikdir, avronun kursu qalxıb

  • 27 Sentyabr 2016
  • comments

Ailə biznesinə dəstək mərkəzləri yaradılır

  • 27 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Doğum və ölüm statistikası

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda