![]({"full":{"0":"2016\/01\/dollar-2.jpg","1":670,"2":400,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2016\/01\/dollar-2.jpg"}})
Dollar və rublda sabitlikdir, avronun kursu qalxıb
Mərkəzi Bank sentyabrın 27-də ABŞ dollarının kursunu dəyişməyib. 1 dollar ötən həftənin son iş günündə olduğu kimi 1,6292 manata təklif edilir.
Rusiya rublunun rəsmi məzənnəsində də yenilik yoxdur. Mərkəzi Bank 1 rublu yenə 0,0255 manata satır.
Avro isə bahalaşıb. Novator.az-ın məlumatına görə, sentyabrın 23-də 1,8241 manata dəyişdirilən 1 avroya 1,8320 manat rəsmi qiymət qoyulub.