• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir tətil hüququ ilə bağlı yenilik təklifindən danışıb

  • 21 Sentyabr 2016
3
SHARES
FacebookTwitterPinterest

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində sentyabrın 26-da keçiriləcək konstitusiya referendumuna münasibət bildirib. Nazir deyib ki, referendum aktı layihəsində əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların əmək hüquqlarının təkmilləşdirilməsi ilə bağlı dəyişiklik də əksini tapıb: “Konstitusiyanın 36-cı maddəsində işçi vətəndaşların tətil hüququndan bəhs olunur. Referendum aktı layihəsində 3 hissədən ibarət həmin maddəyə 4-cü hissə əlavə edilib, həmin hissədə qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edildiyi bildirilir.

Lokaut anlayışı Əmək Məcəlləsində mövcud olsa da, ilk dəfədir konstitusiyaya daxil edilir. Məcəlləyə görə, kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun, yaxud mülkiyyətçinin müəssisənin fəaliyyətini müvəqqəti dayandırması barədə elan lokaut adlanır”.

Səlim Müslümov qeyd edib ki, Əmək Məcəlləsinin 284-cü maddəsində işəgötürənin hansı hallarda işçilərini, həmkarlar ittifaqları təşkilatını və müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilməsi göstərilir: “Bu hallar sırasına işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmaması, qanunsuz elan olunmuş tətilin davam etdirilməsi,  habelə işçiləri tətil keçirməyə onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslərin sövq etdiyi barədə təkzibolunmaz sübutlar, faktların olması daxildir. Məcəllə ilə həmin maddədə müəyyən edilmiş hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürənin lokaut elan etməsi qadağan edilir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsinin konstitusiyada təsbit olunması işçilərin birbaşa qanuni mənafeyinin müdafiəsinə xidmət edir. Yəni əgər işçilərin tətil etmək hüququ varsa, bu hüququn qarşısının alınması üçün işəgötürənin lokautdan istifadə etməklə, müəssisəni bağlayacağı elanı ilə işçilərinə təzyiq göstərməsi artıq  konstitusion səviyyədə qadağan edilir. Yalnız qanunla müəyyən edilmiş hallarda bu mümkün ola bilər”.

Nazir lokautdan istifadənin məhdudlaşdırılmasının işçilərin rifahı ilə bağlı həssas yanaşmanın ifadəsi olduğunu vurğulayıb: “Bəzi hallarda işəgötürən heç bir ciddi qanuni səbəb olmadan müəssisəni müvəqqəti olaraq bağlamaqla işçilərini işsizliyə məruz qoyur, bu da onların rifahına, nəticə etibarilə ümumən sosial  vəziyyətə mənfi təsir edir. Ona görə də lokaut məsələsi hansısa işəgötürənin şəxsi iradəsindən asılı ola bilməz və hansısa müəssisənin müvəqqəti olaraq bağlanması barədə elan yalnız ciddi səbəblərə əsaslanmalı, yalnız qanunla müəyyən edilmiş hallarda həyata keçirilməlidir”.

İnformasiya cəmiyyətinin inkişafına dair dövlət pr...

  • 21 Sentyabr 2016

Manat bir az güclənib

  • 21 Sentyabr 2016

Son materiallar

comments
ManşetXəbər

Deputatların təvəllüdü

comments
Xəbər

Yeni seçki, həmin adam

comments
Dünyanın səsiManşetXəbər

Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər

comments
Xəbər

Boşanmanın çox olduğu yerlər

Rəylər

Do not miss

comments
ManşetXəbər

Deputatların təvəllüdü

Son materiallar

comments
ManşetXəbər

Deputatların təvəllüdü

comments
Xəbər

Yeni seçki, həmin adam

comments
Dünyanın səsiManşetXəbər

Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər

comments
Xəbər

Boşanmanın çox olduğu yerlər

comments
ManşetXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
Xəbər

Bank sektorunun dörd ayı

comments
Xəbər

24 may qiyməti

comments
Xəbər

Formata dəstək, təkliflər

comments
ManşetXəbər

Fəallığa çağırış

comments
Xəbər

Sərmayə statistikası

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə xəstə sayı

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
AktualManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
Xəbər

Yeni həbs, tanış ittiham

comments
Xəbər

Yoluxma, ölüm, peyvənd

comments
AktualManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
Xəbər

Beşlikdə son iki nöqtə

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Xəbər

Bərpaya start

comments
Xəbər

Milli Müdafiə Universiteti yaradılıb

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda