• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ANS-in bağlanması barədə qərar qüvvədə qaldı

  • 21 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Sentyabrın 21-də Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə qərarından kassasiya şikayətinə baxıb. APA-nın xəbərinə görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.

Bu il iyulun 15-də bir qrup hərbçi Türkiyədə hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Həmin gecə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan ölkə əhalisini hakimiyyəti müdafiə etmək üçün küçə və meydanlara çağırıb. Qarşıdurmalar kütləvi tələfata gətirib. Türkiyə hakimiyyəti çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edib və kütləvi həbslər aparıb.

Bu olaylar Azərbaycana da təsir edib.

Milli Televiziya və Radio Şurası Baş Prokurorluğun müraciətini nəzərə alaraq iyulun 18-dən ANS telekanalının yayımını müvəqqəti dayandırıb. Bu barədə yayılan rəsmi məlumatda deyilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.

Məlumatda qeyd olunub ki, Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətini nəzərə alaraq Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi Milli Televiziya və Radio Şurasının təqdimatı əsasında ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasını ləğv edib.

Korrupsiya ilə mübarizə qanununda nə dəyişir?

  • 21 Sentyabr 2016
  • comments

Naxçıvanda artım var…

  • 21 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda