• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gənclərə həbs verilib

  • 20 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 17-də paytaxtda keçirdiyi mitinqdən sonra tutulan gənclər sentyabrın 19-u məhkəmə qarşısına çıxarılıblar.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə 12 nəfərə inzibati həbs verilib. Gənclərin hər biri 8 sutkalığa azadlıqdan məhrum edilib. Həbs olunanlar bunlardır: Toğrul İbrahim, Məcnun Pirəliyev, Ruslan Qarayev, Elton Əli, Ülfət Həsənqarayev, Nuru Nuruzadə, Kazım İmanov, Dəyanət Əliyev, Orxan Carçı, Şəmistan Şahverdiyev, Məmməd Baləmmədov və Araz Səməd.

Gənclər polisə müqavimət göstərməkdə təqsirli biliniblər.

17 sentyabr mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “İnşaatçılar” metro stansiyası yaxınlığındakı stadionda aksiya keçirilib. Aksiyada sentyabrın 26-da ölkədə keçiriləcək referenduma etiraz bildirilib.

Mitinq başa çatandan sonra onlarla aksiya iştirakçısı saxlanıb. Onların çoxu az sonra sərbəst buraxılıb. Sentyabrın daha bir gənc – Emin Maniyev sərbəst buraxılıb, o, 200 manat cərimələnib.

Referenduma konstitusiya dəyişiklikləri layihəsi çıxarılıb. Dəyişikliklər prezident seçilmək üçün 35, baş nazir təyin edilmək, hakim olmaq üçün 30, deputat mandatı almaq, nazir postu tutmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Dollar və rubl sabit qalıb, avro bahalaşıb

  • 20 Sentyabr 2016
  • comments

Mitinq təxirə düşdü  

  • 20 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi göstəricilər

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə bir sual

Son materiallar

comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda