• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bölük komandirinin müavini vəzifələrinə qəbul elan edildi

  • 02 Sentyabr 2016
  • Posted in Xəbər
0
SHARES
FacebookTwitterPinterest

Müdafiə Nazirliyi şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifələrinə qəbul elan edib. Sentyabrın 2-də yayılan elanda deyilir: “Aprel hadisələrindən sonra ordunun nüfuzunun artması, vətəndaşlarımızda ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərə gətirib. Minlərlə müraciəti nəzərə alaraq Müdafiə Nazirliyi tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb. Hərbi xidmətə qəbul olmaq üçün ali təhsil müəssisələrinin humanitar fakültələrini (filologiya, pedaqoqika, tarix, coğrafiya, sosiologiya, psixologiya, politologiya, jurnalistika və s.) bitirmiş, müddətli həqiqi hərbi xidmət keçmiş, 28 yaşı tamam olmayan, fiziki cəhətdən sağlam və kişi cinsindən olan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Zabit kimi əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, humanitar ali təhsilli (28 yaşı tamam olmayan) ehtiyatda olan hərbi qulluqçular da qəbulla bağlı müraciət edə bilərlər. Namizədlər söhbətləşmə və ixtisas seçimindən, sənədlərin toplanıb təqdim olunmasından, Müdafiə Nazirliyinin hərbi həkim komissiyasında yoxlamadan keçdikdən sonra müvafiq kurslara qəbul olunacaqlar. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq vəzifələrə təyin ediləcəklər.

Bağlaşma (müqavilə) yolu ilə xidmət etmək üçün minimal xidmət müddəti 1 il 6 aydır. Həmin müddətdən sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək arzusunda olanlar kadr zabitləri heyətinə keçirilə bilərlər. Xidmət dövründə həmin şəxslər Silahlı Qüvvələrin hərbi qulluqçularına şamil olunan bütün imtiyazlardan istifadə hüququna malik olacaqlar.

Namizədlər 2016-cı ilin sentyabrın 5-dən oktyabrın 15-dək Silahlı Qüvvələrin Təlim və Təlim Mərkəzinə müraciət edə bilərlər.

Təqdim olunan sənədlərin siyahısı:

— tərcümeyi-hal;

— təhsil haqqında sənədin surəti;

— doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surəti;

— ehtiyatda olan zabitin şəxsiyyət vəsiqəsi və ya hərbi biletin surəti;

— ASAN xidmətdən məhkumluğun olub-olmaması barədə arayış;

— sağlamlıq (psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi dispanserlərdən qeydiyyatda olub-olmaması) haqqında tibbi arayışlar;

— 2 ədəd 3×4 sm və 2 ədəd 9×12 sm ölçülərində fotoşəkil (başıaçıq, anfas).

Qəbul zamanı pedoqoji stajı, elmi dərəcəsi və dövlət mükafatı olanlara üstünlük veriləcək. Məhkumluğu olan, əvvəllər hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların müraciət etməmələri xahiş olunur.

Əlaqə üçün telefon nömrələri: (012) 538-85-62; (012) 538-61-31”.

Serj Sərkisyan Dağlıq Qarabağdadır 

  • 01 Sentyabr 2016

Elmar Məmmədyarov: “Artıq bəsdir!”

  • 02 Sentyabr 2016

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
Dünyanın səsiXəbər

Avropa Liqasının 1/8 final cütlükləri

comments
Dünyanın səsiXəbər

Koronavirus qripi demək olar yoxa çıxarıb – “Associated Press”

comments
Xəbər

Bankların nə qədər mənfəəti var?

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
Dünyanın səsiXəbər

Avropa Liqasının 1/8 final cütlükləri

comments
Dünyanın səsiXəbər

Koronavirus qripi demək olar yoxa çıxarıb – “Associated Press”

comments
Xəbər

Bankların nə qədər mənfəəti var?

comments
Xəbər

Ziyarət

comments
Dünyanın səsiXəbər

14 ölkə, 32 klub

comments
Dünyanın səsiXəbər

16-lıq müəyyənləşdi

comments
ManşetXəbər

Prezident: “Bizim səbrimizi sınamasınlar”

comments
Dünyanın səsiXəbər

Dövlət şikayətçilərin bir qismi ilə barışıb

comments
Dünyanın səsiManşetXəbər

Köçəryan istefa tələbinə dəstək verdi

comments
Xəbər

Açılış, təqdimat, görüş

comments
Dünyanın səsiXəbər

“Pfizer”-“BioNTech” peyvəndinin daha bir üstünlüyü üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

Ermənistanda dövlət çevrilişi ehtimalı

comments
Dünyanın səsiXəbər

İsveç vətəndaşı Rusiyaya casusluq etməkdə ittham olunur

comments
Dünyanın səsiXəbər

Almaniyada əhaliyə pulsuz ekspress testlər veriləcək

comments
Xəbər

“AzəriLayt” 66,77 dollara satılır

comments
Dünyanın səsiXəbər

Yaxın ölkələrin itkiləri

comments
Dünyanın səsiXəbər

Bir mərhələ bitdi

comments
ManşetXəbər

Bölgələr üzrə əmanət

comments
ManşetXəbər

Aksiya işi: mühakimə olunanlar üç qrupa bölündü

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda