• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkil: “Mövsüm Səmədov aclıq aksiyası keçirir”

  • 31 Avqust 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov sentyabrın 26-na planlaşdırılan referenduma etiraz olaraq aclıq aksiyası keçirir. Bunu “Azadlıq” radiosuna onun vəkili Yalçın İmanov deyib.

Vəkil avqustun 30-da Qobustandakı qapalı həbsxanada M.Səmədovla görüşüb. Partiya liderinin avqustun 29-dan aclıq etdiyini deyən müdafiəçinin sözlərinə görə, M.Səmədov aksiyanın tələbləri barədə həbsxana rəhbərliyini yazılı şəkildə məlumatlandırıb.

Səmədov vəkili ilə görüşdə onu bu addımı atmağa vadar edən səbəbləri də açıqlayıb. Bildirib ki, referendum aktında konstitusiyaya yetərincə mürtəce dəyişikliklər nəzərdə tutulur, həmin dəyişikliklərin qəbulu ölkədə monarxiya üsulunun rəsmiləşdirilməsi anlamına gəlir. Buna başqa cür etiraz imkanı olmadığından aclıq aksiyası keçirmək qərarına gəlib.

Y.İmanovun sözlərinə görə, M.Səmədov bu aclıq aksiyası ilə ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə tutulan digər şəxslərə verilmiş işgəncələrə, qanunsuzluğa da etiraz etdiyini bildirir.

Müdafiəçi onu da qeyd edir ki, M.Səmədovda ümumi halsızlıq yaranıb: “Ancaq özü deyir ki, həbs ediləndən bu yana mütəmadi oruc tutduğundan aclıq aksiyası onu o qədər də narahat etmir. Mövsüm Səmədov müəssisə rəhbərliyinə aksiyanın qeydiyyata alınması və aksiyaya həkim nəzarəti ilə bağlı müraciət edib. Amma hələlik onun səhhətinə həkim nəzarəti yoxdur”.

Bu aclıq aksiyası, eləcə də həkim nəzarətinin olmamasıyla bağlı hələlik Penitensiar Xidmətdən açıqlama verilməyib.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

O, 2014-cü ilin sonlarında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində qaydaları pozmaqda ittiham olunaraq məhkəmənin qərarı ilə 2 illiyə Qobustandakı qapalı tipli həbsxanaya göndərilib.

Sentyabrın 26-da konstitusiyaya dəyişiklik referendumu keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Ermənistandakı Qarabağ tədbiri ləğv edilib

  • 31 Avqust 2016
  • comments

Valyuta yağışından quraqlığa…

  • 31 Avqust 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Din
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda