• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əhali artımının nə üstünlükləri var?

  • 22 Avqust 2016
  • Posted in Şərh
3
SHARES
FacebookTwitterPinterest

Rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfər olub. Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon 218,5 min nəfər idi. 25 ildə ölkə əhalisinin sayı 2 milyon yarımdan çox artıb. Əhali artımının nə üstünlükləri var?

Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyev Transparency.az-ın sualına cavabında bildirib ki, qloballaşan dünyada iqtisadi inkişaf əhlinin sayından və demoqrafik artımdan asılıdır: “İnkişaf etmiş ölkə üstünlüyünü saxlamaq üçün  yalnız kapitala, texnologiyaya, yeni ideyalara və ixtisaslı işçi qüvvəsinə söykənə bilməz. Əhali artımı da çox vacib şərtdir, yəni üstünlük sayca çox olan millətlərdədir. Çin və ABŞ buna parlaq nümunədir.

Şübhəsiz ki, əhalinin artması Azərbaycan üçün əlverişli bir amildir. Bu, xüsusilə Ermənistanla uzunmüddətli münaqişə şəraitində aktualdır. Çünki əlverişsiz demoqrafik vəziyyət milli təhlükəsizliyi sual altında qoya bilər. Nəinki əmək resurslarının qıtlığı yaranar, hətta ölkənin müdafiə qabiliyyəti azalar”.

Demoqraf alimin fikrincə, miqrantların iqtisadi artımı təmin edə bilməsi fikri yanlışdır: “Ölkənin öz əhalisi nə qədər surətlə artırsa, iqtisadi inkişaf tempi də bir o qədər sabit olur. Son illər Azərbaycanda bunu müşahidə edirik. Düşünülmüş iqtisadi siyasət əhalinin artımı üçün əlverişli şərait yaradıb. Ümumiyyətlə, demoqrafik proseslər ölkənin sosial-iqtisadi vəziyyəti ilə birbaşa bağlıdır”.

İqtisadçı ekspert Samir Əliyev inkişaf etmiş ölkələrdə əhalinin qocalması probleminə diqqət çəkib: “BMT-nin qiymətləndirmələrinə görə, 2050-ci ildə dünya əhalisinin sayı 9,3 milyard nəfərə çatacaq. Dünya əhalisi artsa da, artım tempində azalma müşahidə edilir. İnkişaf etmiş ölkələrdə demoqrafik problemlər mövcuddur. Artım əsasən üçüncü dərəcəli ölkələr hesabına baş verir.

Hər bir ölkə demoqrafik problemləri daim diqqətdə saxlayır. Son onilliklərin əsas problemi əhalinin qocalmasıdır, yəni yaşlı insanların xüsusi çəkisi getdikcə artır. Bu isə ölkə iqtisadiyyatı üçün ağır yükdür. Əhali artımının azalması məhz yaşlı insanların payının artmasını şərtləndirir. Əhali artımı ölkədə əmək qüvvəsinin artımını, iqtisadiyyatın böyüməsini təmin edir. Çünki iqtisadiyyatı tələbat səviyyəsi böyüdür və ya kiçildir. Əsas məsələ əhalinin kəmiyyət artımını keyfiyyət artımına çevirməkdir. Çünki təhsilsiz, sağlam olmayan əhali atımı gələcəkdə istənilən ölkə üçün problemlər yaradır”.

Dövlət Statistika Komitəsinin son hesabatlarından birinə görə, Azərbaycanda yaşı 65 və ondan yuxarı insanların sayı 597 min 500 nəfərdir. Statistik rəqəmlər bu il yaşlı insanların sayında artım müşahidə olunduğunu göstərir. Yaşı 65 və ondan yuxarı insanların sayı 1990-cı ildə 341 min 200 nəfər, 2005-ci ildə 547 min 400 nəfər, 2010-cu ildə 535 min nəfər, 2014-cü ildə 553 min 700 nəfər, 2015-ci ildə isə 570 min 700 nəfər olub.

Dövlət Statistika Komitəsi bildirir ki, ölkədə 2016-cı ilin əvvəlinə 14 yaşınadək əhalinin sayı 2 milyon 186 min 200 nəfər, 15-64 yaşlı əhalinin sayı isə 6 milyon 921 min 200 nəfər təşkil edib.

Transparency.az bəzi ölkələrin demoqrafik göstəricilərinə də nəzər salıb. 2014-ci il siyahıyaalmasının yekun nəticələrinə görə, Gürcüstanda (Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiya əhalisini çıxmaqla) 3,7 milyon nəfər yaşayır.

2016-cı ilin aprelin 1-nə Ermənistanda daimi yaşayanların sayı 2 milyon 944,4 min nəfər olub. Milli Statistika Xidmətinin hesabatında qeyd olunur ki, aprelin 1-nə Ermənistan əhalisinin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,4% azalıb. İlin əvvəlindən isə 4 min 200 nəfər azalma qeydə alınıb. Səbəb miqrasiya axınının çoxalmasıdır. Əhalinin təbii artımı 1500 nəfər olub, miqrasiya axını isə 5 min 700 nəfər təşkil edib. Milli Statistika Xidmətinin hesabatında bildirilir ki, bu il 1970-ci illərdən bəri Ermənistan əhalisinin sayı ilk dəfə 3 milyon nəfərdən azdır.

İspaniyada isə 1941-ci ildən bəri ilk dəfə ölüm halları doğumu üstələyib. Milli Statistika İnstitutunun hesabatına görə, 2015-ci ildə ölənlərin sayı doğulanların sayını 2753 nəfər üstələyib. Bu, 75 ildə ilk belə haldır. Ümumilikdə İspaniyada 2008-ci ildən bu yana doğum göstəricisi 19,4% azalıb.

Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərraclar el...

  • 22 Avqust 2016

Məhkəmə bankirləri azadlığa buraxdı

  • 22 Avqust 2016

Son materiallar

comments
Dünyanın səsiŞərh

Ermənistandakı gərginlik Bakıdan necə görünür?

comments
Dünyanın səsiManşetŞərh

Rusiyanın apardığı “psixoloji müharibə”nin sirləri – “Le Figaro”

comments
ManşetŞərh

Sehrli çubuğa ümid olan…

comments
ManşetŞərh

İki ayın məzənnələri

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

Ermənistandakı gərginlik Bakıdan necə görünür?

Son materiallar

comments
Dünyanın səsiŞərh

Ermənistandakı gərginlik Bakıdan necə görünür?

comments
Dünyanın səsiManşetŞərh

Rusiyanın apardığı “psixoloji müharibə”nin sirləri – “Le Figaro”

comments
ManşetŞərh

Sehrli çubuğa ümid olan…

comments
ManşetŞərh

İki ayın məzənnələri

comments
ManşetŞərh

Nikah və boşanma statistikası

comments
ManşetŞərh

Şaxtalı rəylər

comments
ManşetŞərh

İşsiz sayını gizlədəndə…

comments
ManşetŞərh

Yeni savaş təhlükəsi?

comments
ManşetŞərh

Pensiya müşkülü

comments
ManşetŞərh

Bölgələr üzrə orta maaş

comments
Dünyanın səsiManşetŞərh

Quş qripi ilk dəfə deyil insana keçir

comments
ManşetŞərh

Yubanmadan…

comments
ManşetŞərh

Təhlükə var

comments
ManşetŞərh

Məhkəmə-Hüquq Şurası

comments
Dünyanın səsiManşetŞərh

Peyvəndlənməni məcburi etmək olarmı? – “Yerusəlim Post”

comments
ManşetŞərh

Yardımın doğurduğu suallar

comments
ManşetŞərh

Kölgədə qalan nədir?

comments
AktualDünyanın səsiManşetŞərh

Navalnının komandası niyə dayandı? – Alman mediasında kəskin tənqid

comments
AktualManşetŞərh

Əməkhaqqı göstəriciləri nəyə işarədir?

comments
AktualDünyanın səsiManşetŞərh

Yeni diplomatik valyuta: koronavirus peyvəndləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda