• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edildi

  • 13 İyul 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Əmək və əhalinin sosial müdafiəsi naziri Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edib. İyulun 13-də yayılan rəsmi məlumata görə, Zakir Babayev 1951-ci ildə anadan olub. 1974-cü ildə indiki Neft və Sənaye Universitetinin mühəndis-iqtisad fakültəsini bitirib. SSRİ Kimya və Neft Maşınqayırma Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma İnstitutunda mühəndis, böyük mühəndis,  plan-istehsalat şöbəsinin müdiri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında iqtisadi şöbənin böyük referenti, baş mütəxəssis vəzifələrində çalışıb. 1993-cü ilin yanvarın 12-də Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Seyidzadə və Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbərinin müavini vəzifəsində çalışıblar.

Transparency.az bildirir ki, iyunun 28-də prezident İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun əsasnaməsini təsdiqləyib. Sənədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fonda əmək və əhalinin sosial müdafiəsi nazirinin vəzifəyə təyin etdiyi direktor rəhbərlik edir.

Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna bu il martın 18-də daxil edilib.

Prezidentin bərbəri

  • 13 İyul 2016
  • comments

Erkən nikahla bağlı tədbir keçirilib

  • 13 İyul 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda