Müdafiə naziri cəbhə bölgəsinə baş çəkib
Mod.gov.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. İyulun 26-da yayılan məlumata görə, ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığ...
Türkiyədə həbs olunan şəxslərin sayı 10 minə çatır
Türkiyədə dövlət çevrilişi cəhdinə görə həbs olunan şəxslərin sayı 10 minə çatır. İyulun 26-dək 9 min 56 nəfər həbs edilib. Transparency.az bildirir ki, həbsə düşənlərin 143-ü generaldır. 3 min 168 polkovnik və aşağı rütbəli zabit, daha 1181 hərbi qulluqçu, 736 kursant haqqında həbs qərarı verilib. ...
Referendum təyin olundu
İyulun 26-da prezident İlham Əliyev sərəncam imzalayaraq “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsini ümumxalq səsverməsinə (referenduma) çıxarıb. Referendum 2016-cı il sentyabrın 26-na təyin edilib. İyulun 25-də Konstitusiya Məhkəməsi ...
Ölkələr, adamlar, boy
Dünyanın ən hündürboy kişiləri Niderlanda, ən hündürboy qadınları isə Latviyada yaşayır. Novator.az-ın məlumatına görə, “eLife” jurnalında dərc olunan araşdırmada belə deyilir. Araşdırmanın nəticələrinə görə, Niderlandda kişilərin orta boyu 182,5 santimetr, Latviyada qadınların orta boyu 168 santime...
Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda partlayış baş verib
İyulun 26-da Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub. Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda partlayışın saat 15:35 radələrində baş verdiyi bildirilir. Hadisə yerinə Bakıdan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadaları göndərilib. Partlayış zamanı 10-dan çox ada...
Hərbi prokurorluq orqanları 6 aylıq hesabat verib
İyulun 26-da Azərbaycan Hərbi Prokurorluğunda rəhbər heyətin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Hərbi Prokurorluğun mətbuat ...
Bu il Qazaxıstanda 94 sayt bağlanıb
2016-cı ildə Qazaxıstanda terrorçuluq və ekstremizm təbliğatına görə 94 sayt bağlanıb. Novator.az bildirir ki, məlumatı iyulun 26-da Astana Şəhər Prokurorluğu yayıb. Hesabata əsasən, Qazaxıstanın Rabitə, İnformasiya və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Komitəsi ilə İnformasiya və Kommunikasiy...
Dövlət komitəsi özəlləşdirmə portalı yaradıb
İyulun 26-da Əmlak Məsələləri Dövlət Komitəsi yeni yaratdığı Privatization.az özəlləşdirmə portalını ictimaiyyətə təqdim edib. Təqdimatda portalın özəlləşdirmə prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə yaradıldığı bildirilib, xidmətin dövlət əmlakının özəlləşdiril...
Yerevandan son məlumatlar
Ermənistanın paytaxtı Yerevanda patrul mühafizə polkunu ələ keçirmiş silahlı dəstə iyulun 25-i axşam daha iki polis maşınını, o cümlədən bir avtobusu yandırıb. İyulun 24-ü axşam basqınçılar patrul mühafizə polkundan bir qədər aralıda olan polis mikroavtobusuna od vurmuş, havadan çəkiliş aparan dronu...
26 yaşlı yapon keçmiş iş yerində qırğın törədib
Yaponiyanın Saqamihara şəhərində bıçaqla silahlanmış şəxs iyulun 26-na keçən gecə əlillər evinə hücum edərək 19 nəfəri qətlə yetirib, 26 nəfəri yaralayıb. 20 yaralının vəziyyəti ağırdır. Novator.az xəbər verir ki, hadisəni törədən 26 yaşlı Satosi Ueamatsu polisə təslim olub. Onun 2012-ci ilin fevral...
1 milyon manat 27 qəzet arasında bölündü
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası iyulun 25-də xüsusi iclas keçirib. İclasda prezident İlham Əliyevin qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün dövlət büdcəsindən fonda 1 milyon manat ayırması müzakirə olunub. Müşahidə Şurasının qərarı ilə...
Dollar yenidən bahalaşıb
ABŞ dolları qısa fasilənin ardınca yenə bahalaşıb. Mərkəzi Bank iyulun 26-da 1 dollara 1,5755 manat qiymət qoyub. Ötən həftənin cümə günündən dollar 1,5724 manata təklif edilirdi. Avronun da rəsmi kursunda artım var. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7259 manatdan 1,7338 manata qalxıb. Ru...
Konstitusiya Məhkəməsi Plenumunun referendum aktı layihəsinə verdiyi rəy
Xəbər verdiyimiz kimi, iyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumu prezident İlham Əliyevin təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsinə rəy verib. Plenumun sözügedən layihəyə rəy verilməsinə dair qərarını tam həcmdə tə...
Politoloq: “Türkiyədə ciddi islamlaşma gedəcəyi inandırıcı deyil”
2002-ci ildən bəri Türkiyədə hakimiyyət başında olan Rəcəb Teyyub Ərdoğana və onun komandasına əsas ittihamlardan biri ölkədə siyasi islamı gücləndirməsidir. İyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra siyasi islamın mövqelərinin daha da güclənəcəyi haqda mülahizələr var. Çevriliş cəhdi...
Referendum necə olur?
İyulun 25-də Konstitusiya Məhkəməsi prezident İlham Əliyevin iyulun 18-də təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsinə rəy verib. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer ...
Sabiq generala ömürlük həbs cəzası verildi
Çin Hərbi Məhkəməsi iyulun 25-də Mərkəzi Hərbi Şura sədrinin sabiq müavini Qo Bosyuna ömürlük həbs cəzası kəsib. Qo Bosyun yüksək məbləğdə rüşvət almaqda təqsirli bilinib. Novator.az-ın məlumatına görə, Qo Bosyun bütün siyasi hüquqlarından və general-polkovnik hərbi rütbəsindən məhrum olunub. Onun ş...
Türkiyə islam inqilabı?
Vahid Qazi Bəlkə siz də Atatürk sekulyarizminin keşiyini çəkən ordunun siyasiləşən dinə necə dözdüyünü özünüzə sual vermisiniz. Sizi bilmirəm, mən dəfələrlə düşünmüşəm bu haqda. Xüsusilə ötən ilin yayında İstanbula son səfərimdən aldığım təəssürat ovqatımı təlx eləyəndə. O səfərdə İstanbulu bir başq...
Bankların bağlanması bitməyib
İqtisadçı Samir Əliyev bir neçə bankın çökməsini şərh edib. Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarının ləğvinə qərar verib. Qərar bankların fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, nəzarət orqanının ve...
Bağlanan banklar: əmanətin faizi dayanır, kreditin yox
İqtisadçı ekspert Vüqar Bayramov bağlanan banklarda əmanəti və krediti olan vətəndaşlara faiz məsələsində fərqli qaydaların tətbiq olunduğunu yazır. Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarının ləğvinə qərar verib. Qərar bank...
Ermənilər Bakı olimpiadasına gəlməyəcək
Ermənistanın şahmat üzrə kişilərdən ibarət milli komandası Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək. Novator.az-ın məlumatına görə, Ermənistanın Şahmat Federasiyasının birinci vitse-prezidenti Smbat Lputyan belə açıqlama verib. 42-ci Dünya Şahmat Olimpiadası Bakıda sen...