• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bilik Fondunda “Multikulturalizm” jurnalının təqdimatı keçirilib

  • 29 İyun 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident yanında Bilik Fondunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının təqdimatı olub.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, təqdimat mərasimində jurnalın yaradıcı heyəti, Bilik Fondunun əməkdaşları, yerli nümayəndələri, Könüllülər Birliyinin üzvləri, jurnalistlər, ədəbiyyatçılar iştirak ediblər.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ölkə başçısının Azərbaycanda multikulturalizmin yaşaması, bu meyllər və ideyaların güclənməsi, ictimaiyyətdən daha çox dəstək alması ilə bağlı fikirlərinə istinad edərək xalqımızın tolerantlıq ənənələrindən söz açıb.

İ.Vəliyev deyib ki, “Multikulturalizm” jurnalının ilk sayında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının məqalələri dərc olunub.

Jurnalın baş redaktoru Fəxri Uğurlu “Multikulturalizm” jurnalının Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə vermək məqsədilə nəşr olunduğunu diqqətə çatdırıb. F.Uğurlu jurnalın bölmə və rubrikaları haqqında iştirakçılara ətraflı məlumat verib.

Çıxış edənlər – Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Rəşad İlyasov, Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev, Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva, Bakı Slavyan Universitetinin dosenti Mübariz Əhmədov və başqaları Azərbaycanın multikultural dəyərlərinin təbliğində və geniş yayılmasında dərginin böyük rol oynayacağına inandıqlarını bildirib, təkliflər irəli sürüblər. Tədbirin gedişində səsləndirilən təkliflər müzakirə olunaraq qeydə alınıb.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına əsasən nəşr olunan ədəbi-bədii, elmi-publisistik jurnalın redaksiya heyətinə tanınmış dövlət və elm xadimləri, yazıçı və şairlər cəlb olunub. Beynəlxalq redaksiya şurasında Rusiya, ABŞ, Fransa, Almaniya, Türkiyə, Yaponiya, Braziliya, Portuqaliya, Finlandiya, İtaliya və başqa ölkələrin yazıçıları təmsil olunur.




Putinlə Ərdoğan nədən danışıblar?

  • 29 İyun 2016
  • comments

Terrorun bəzi detalları açıqlanıb

  • 29 İyun 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda