• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“AzerGold”a rəhbər “Təmiz Şəhər”dən gəldi

  • 27 May 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev mayın 26-da Zakir Zaur oğlu İbrahimovu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edib. Transparency.az bildirir ki, bu təyinata qədər Zakir İbrahimov “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri idi.

Dövlət başçısı bir gün əvvəl Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarına dair sərəncam verib. Həmin sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 5 iyun 2007-ci il qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş üzrə podratçılara məxsus iştirak paylarını alacaq. Bu addımın yataqların daha səmərəli idarə edilməsi, qeyri-neft sənayesinin, o cümlədən metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərin gerçəkləşməsi üçün atıldığı vurğulanır.

Pay bölgüsü haqqında saziş 2006-cı il dekabrın 30-da Azərbaycan hökuməti ilə “Londeks Resorsiz S.A.”, “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko. Ltd” arasında imzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə podratçı tərəflərə məxsus iştirak paylarının alınması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Mərkəzi Bank və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə iştirak paylarının alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində prezidentə təqdim etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi alğı-satqı baş tutduqdan sonra sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Cənubi Osetiyanı Rusiyanın tərkibinə qatmaq üçün i...

  • 26 May 2016
  • comments

Deputat və icra başçısı yubileylərində təltif olun...

  • 27 May 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Ekologiya
  • Gənclər
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda